Sağlam qidalanma üzrə bloqqer övladının ölümünə səbəb oldu

Sağlam qidalanma üzrə bloqqer övladının ölümünə səbəb oldu

Yeni doğulmuş oğlunu aclıqdan öldürən 44 yaşlı çiy qida blogeri Maksim Lyuti körpənin ölümündə günahını etiraf edib. 

 

Sfera.az bildirir ki, Rusiyalı bloqqer körpəni pranik qidalanma (yemək əvəzinə günəş işığı) ilə böyütmək istəyib.

 

Maksim Lyuti körpənin anasına onu əmizdirməyi qadağan edib. Kosmos adı verilən körpə xəstəxanaya aparılarkən yolda vəfat edib. Yeni doğulan körpənin çəkisi 1,6 kq-dan az olub.

 

Bu yaxınlarda Lazarevski rayon məhkəməsində hadisənin təfərrüatları böyük səs-küyə səbəb olub. Prokuror təqsirləndirilən şəxsin 8 il 6 ay ciddi rejimli islah əmək müəssisəsində cəza çəkməklə, həmçinin valideynlik vəzifələrini lazımınca yerinə yetirmədiyinə görə 100 min rubl cərimə olunmasını tələb edib.

 

Öz növbəsində Lyuti ona qarşı ittiham irəli sürülən maddənin yenidən nəzərdən keçirilməsini istəyib.


“Hörmətli məhkəmə, ittihamların yenidən nəzərdən keçirilməsində israr edirəm. Bu, sırf səhlənkarlıq cinayətidir. Heç bir qəsd və ya ölümə cəhd olmayıb. Bir daha vurğulayıram, mən oğlumu sevirdim, ona qayğı göstərmişəm. Buna görə, əziz məhkəmə, sizdən xahiş edirəm: 109-cu (ehtiyatsızlıqdan ölümə səbəb olma) və 156-cı (qəyyumluq vəzifələrini lazımınca yerinə yetirməmə) maddələrinə əsasən sərt cəza tətbiq edilməsin”- deyə bloqqer bildirib.

 

O, övladının ölməsini istəmədiyini iddia edir.

 

“Təqsirimi tam etiraf edirəm. Öz düşüncəsizliyim və səhlənkarlığım nəticəsində çoxdan yolunu gözlədiyim ilk övladımın ölümünə səbəb olmuşam. Həm də yuxarıda qeyd olunan səbəblərə görə, məhz qeyri-ciddilik və ehtiyatsızlıq ucbatından qanunu pozmuşam. Valideyn öhdəliklərimi lazımınca yerinə yetirməmişəm, buna görə peşmanam. Amma sizi əmin edirəm ki, mən heç vaxt uşağı ac saxlamamışam, anaya onu yedizdirməyə qadağa qoymamışam”- deyə Lyuti məhkəmədə bildirib.

 

Sözügedən videonun şərhlər bölməsində də bloqqer uşağın ölümünə səbəb olmaqda ittiham olunur.

 

Kosmos adı verilən körpə ölən zaman bir aylıqdan az olub. Ölüm səbəbi olaraq isə “sətəlcəm və yorğunluq” göstərilib.

 

Lyuti və onun sevgilisi (uşağın anası) Oksana Mironova körpəni xilas etməyə çalışaraq həkimlərə müraciət etsələr də, artıq gec olub: körpə xəstəxanaya aparılarkən yolda vəfat edib. Məhkəmədə bloqqer həmçinin bütün günahı əvvəllər iki il islah işlərinə məhkum edilmiş sevgilisinin üzərinə atmağa da çalışıb. O, uşağın ölümünə dəmir çatışmazlığının səbəb olduğunu iddia edib. Ən maraqlısı odur ki, bir ildən çox istintaq təcridxanasında olarkən Lyutinin özü ət və makaron yeyib. Bu da onun xam qida pəhrizi ilə bağlı göstərişlərinə tamamilə ziddir.


Məhkəmə zamanı şahidlər Lyutinin günəş işığında uşaq böyütmək fikrinə düşdüyünü bildirib. Üstəlik, o Oksanaya oğlunu əmizdirməyi qadağan edib:

 

"O, bir uşaq üzərində təcrübə etmək, onu yalnız günəşlə qidalandırmaq və sonra başqalarına bunun pəhriz üsulu olduğunu elan etmək istəyirdi."

 

Oksananın anası Qalina bloqqeri “sekta”ya rəhbərlik etməkdə ittiham edib.

 

“Qızımın bu təriqətdə olmasına qarşı idim və ona dəfələrlə irad bildirmişəm. O isə qvineya donuzu kimi onun yanında yaşayırdı. Maksimin qulu idi” – deyə qadın məhkəmədə bildirib.

 

Oksananın rəfiqəsi də ifadəsində bildirib ki, o, Lyutidən qorxurdu.

 

“Oksana mənə dəfələrlə ondan qorxduğunu deyib. Maksimdən ayrılmaq istəyirdi, amma qorxudan bunu edə bilmirdi O, oğlunu ancaq günəşlə qidalanan biri kimi böyütmək istəyirdi”- rus qadın ifadəsində bildirib.

 

Mironovanın əmisi qızı da eyni şeyi deyərək, Oksananın Maksimdən çox qorxduğunu bildirib.

 

Məhkəmə zamanı o da məlum olub ki, Maksim sevgilisinu doğum evinə aparmaqdan imtina edib. Ana körpəni evdə dünyaya gətirib.


Öz növbəsində, Maksimin anası da nəvəsinin ölümündən danışaraq, baş verənlərdə tək Lyutinin günahkar olmadığını bildirib.

 

"Ancaq Maksim oğlunun getdikcə pisləşdiyini və vəziyyətin kritikləşdiyini anlamayıb. Özü təcili yardım çağırıb və körpəni xəstəxanaya aparıb"-deyə anası bildirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Maykl Ceksonun arvadı: "O mənə bunu deyəndə şoka düşdüm"

Müğənni Liza Mari Presli Maykl Ceksonun Las-Veqasa səfəri zamanı ona sevgisini etiraf etdiyini deyib.   Sfera.az xəbər verir ki, Rlvis Preslinin qızı...

Nadir Pokemon kartı hərraca çıxarılacaq

Pikachu Illustrator” 39 Pokemon kartından biridir. 1998-ci ildə “CoroCoro Comics” tərəfindən təşkil edilən rəsm müsabiqəsinin qalibi olub. ...

Çox açıq-saçıq paltar geyindikləri üçün təyyarədən qovuldular - FOTOLAR

34 yaşlı Tereza Araujo ad gününü qeyd etmək üçün rəfiqəsi Tara ilə Los-Ancelesdən Nyu Orleana (ABŞ) uçmaq istəyib. “Spirit Airlines” ekipaj üzvləri ...

Palçığın içindən tapdığı daş minlərlə dollar dəyərində çıxdı - FOTO

Qeyri-adi daşlar tapmağa həvəsi olan Patrk Gundersen Avstraliya çölünü gəzərkən, palçıq yığınının içində gizlənmiş qeyri-asi kristal tapıb. O, kəşfi haqqında &l...

4 milyon dollarlıq fırıldaq - İnsanları gəncliklərinə qaytaracaqlarına inandırıblar

Rajeev Kumar Dubey və həyat yoldaşı Raşmi Dubey bəşər tarixində ən inanılmaz fırıldaqlardan birinə imza atıblar. Cütlük fırıldaqlarının qurbanı olan insanlardan...

Zığ dairəsi-Hava Limanı yolu yanlış xətlənib?

Zığ dairəsi-Hava Limanı yolunun düzgün xətlənməməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.   Sfera.az-ın məlumatına görə, bu barədə ta...