Ticarət mərkəzində qətliam: 5 nəfər qətlə yetirilib, 9 nəfər ağır yaralıdır - VİDEO

Ticarət mərkəzində qətliam: 5 nəfər qətlə yetirilib, 9 nəfər ağır yaralıdır - VİDEO

Avstraliyada ticarət mərkəzində ziyarətçilərə bıçaqla hücum edən şəxslə bağlı araşdırma davam edir. 

 

Sfera.az bildirir ki, ticarət mərkəzindəki hücum edən Coel Koşinin eskort olduğu üzə çıxıb. Onun qurbanları arasında doqquz aylıq körpə də var.

 

Polis tərəfindən vurularaq öldürülən Coel beş qadını, bir kişini öldürməyə və doqquz aylıq körpə də daxil olmaqla doqquz nəfəri yaralamağa nail olub. Ölənlər arasında avstraliyalı multimilyonçu Con Sinqltonun qızı, həmçinin gürcü rəssam da olub.

 


9 aylıq körpənin anası təcavüzkarın ona bıçaqla hücum etdiyini görüb, övladını yaxınlıqda tanımadığı şəxsə verməyi bacarsa da, körpə Harriet hazırda xəstəxanada ağır vəziyyətdədir.

 

Polis hücumda ölən 6 nəfərdən ikisinin əcnəbi olduğunu və Avstraliyada heç bir qohumunun olmadığını bildirib. Öldürülənlərdən biri Gürcüstanın Tbilisi şəhərindən olan rəssam 55 yaşlı Pikria Darçiadır.

 

Öldürülən yeganə kişi ticarət mərkəzinin mühafizəçisi olub. Sonradan onun Pakistandan olan 30 yaşlı Faraz Tahir olduğu məlum olub.


Polis komissarı bütün qurbanların yaxınlarının xaricdə olduqları üçün rəsmi olaraq tanınmalarının bir qədər vaxt aparacağını bildirib. 


İstintaq hal-hazırda təcavüzkarın niyə məhz qadınları hədəf alması versiyasını araşdırır.  

 

Bu yaxınlarda Kvinslenddən Sidneyə köçən 40 yaşlı Coelin psixi sağlamlıq problemləri olub. Bundan əvvəl həm Yeni Cənubi Uelsdə, həm də öz əyalətində polisin diqqətini çəkib.

 

Qətliam törədən Coel Koşinin kişi və qadınlara onlayn cinsi xidmətlər təklif edən eskort kimi gizli həyat sürdüyü məlum olub. 


Onun əvvəllər bir neçə kişi eskort vebsaytlarında reklamı olub.

 

Koşi onlayn tərcümeyi-halında özünü "əyləncəli vaxt" axtaran və "sərhədsiz intim xidmət" təklif edən "atletik quruluşlu, yaraşıqlı, 39 yaşlı" kimi təsvir edib.

 

Xatırladaq ki, ticarət mərkəzinə hücum şənbə günü günorta baş verib. Coel Koşi saat 15:00-da ticarət mərkəzinə gəlib, sonra oradan çıxıb. 20 dəqiqə sonra iri bıçaqla geri dönüb. O, ilk olaraq ana və uşağa hücum edib. Polis 20 dəqiqə sonra gəlib.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...