Rusiyanın Vladimir vilayətində partlayışlar baş verdi
![Rusiyanın Vladimir vilayətində partlayışlar baş verdi](https://sfera.az/photo/orginal/2024/04/13/1713023273_5411.jpg)
Dünya
19:30 / 13.04.2024
2196
Rusiyanın Vladimir vilayət administrasiyasının binasında bir neçə ardıcıl partlayış baş verib.
Sfera.az “Mash” Teleqram kanalına istinadən xəbər verir ki, hazırda əraziyə yanğınsöndürənlər cəlb edilib.
Hadisə şahidləri 30-40 saniyə aralığında üç, yaxud dörd partlayışın baş verdiyini bildirirlər.
***
Administrasiya binasında partlayış törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə zamanı heç kimin xəsarət almadığı bildirilib. Faktla bağlı araşdırma aparılır.