Türkiyədə iki ardıcıl zəlzələ baş verdi
![Türkiyədə iki ardıcıl zəlzələ baş verdi](https://sfera.az/photo/orginal/2024/04/13/1712990735_zelzele__8_.jpg)
Dünya
18:30 / 13.04.2024
4515
12:15
Egey dənizinin Türkiyə hissəsində 4,5 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələ saat 05:23-də 4,5 bal gücündə qeydə alınıb.
Yeraltı təkanların dərinliyi 5,68 kilometr olub.
Zəlzələyə ən yaxın yaşayış məntəqəsi Çanaqqalanın Gökçeada rayonunun Uğurlu kəndi olub, məsafəsi 246,77 kilometrdir.
****
Malatyada 3,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə Qəndilli Rəsədxanasının yaydığı məlumatda deyilir.
Dağıntı və tələfat barədə məlumat verilmir.