Çin defilyasiyaya gedir – idxal malları UCUZLAŞA BİLƏR

Çin defilyasiyaya gedir – idxal malları UCUZLAŞA BİLƏR

Çinin Milli Statistika Bürosu (UIB) 2024-cü ilin mart ayında qiymət artımları ilə bağlı məlumatı açıqlayıb. 

 

Sfera.az UIB-in məlumatlarına istinadən xəbər verir ki, ölkədə illik inflyasiya 0,1 faizə geriləyib, istehsalçı qiymətləri isə 2,8 azalıb. 

 

Mart ayında qiymətlərdəki durğunluq və istehsalçı qiymətlərində davam edən azalma ilə deflyasiya meyli davam edib. Proqnozlara görə vəziyyət dəyişməsə Çində növbəti aylarda illik inflyasiyanı defilyasiya əvəz edəcək. 

 

Çində fevralda qiymətlər 0,7 faiz artdığı halda martda bahalaşmanın 0,1 faiz olması da bunun əlamətidir. 

 

Ölkədə qiymət artımlarının zəifləməsinin başlıca səbəbi istehsalçı qiymət indeksinin mənfi mərhələyə keşməsidir. Çində 17 aydır ki, istehsalçı qiymətlərində eniş müşahidə edilir. 


Qeyd edək ki, istehsalçı qiymətlər dedikdə müəssisələrin təklif etdiyi qiymətlər nəzərdə tutulur. Analitiklər hesab edir ki, müəssisələrdə qiymətlərin aşağı düşməsinin səbəbi “qalıq istehsal gücü” ilə bağlıdır. 

 

Çində qiymətlərin ucuzlaşması Azərbaycanda da qeyri-istehlak mallarının dəyərinin azalmasına səbəb ola bilər. Çünki Azərbaycan idxal etdiyi sənaye məhsullarının önəmli hissəsini Çindən alır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub.   Sfera.az xəbər verir ki, dövlət ...

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub.   Sfera.az xəbər verir ki, döv...

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” və “Şayıflı&rdquo...

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub.   Sfera.az xəbər verir ki, dövlət başçısına kənd...

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, dövlət başçısı Cəbrayıl rayonunun Böyük Mərca...

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Karxulu kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.   Sf...