ABŞ terror aktı ehtimalından narahatdır
18:17 / 11.04.2024
16144
ABŞ-də terror hücumları ehtimalı ilə bağlı narahatlıqlar var.
Sfera.az bildirir ki, bu barədə “Reuters” beynəlxalq xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ABŞ kəşfiyyatı Moskvadakı terror aktından sonra bu qənaətə gəlib.
Bildirilib ki, ABŞ rəsmiləri həm də Qəzza zolağında İsrail və HƏMAS arasında müharibədən ilhamlanan hücum ehtimalını da nəzərdə saxlayır.
Xatırladaq ki, Moskvada “Crocus City Hall”da terror aktı martın 22-də baş verib. Kalaşnikov avtomatı ilə silahlanmış şəxslər konsert zalına hücum edərək içəridəki şəxslərə atəş açıblar. Terror aktı nəticəsində 144 nəfər həlak olub, yüzlərlə şəxs yaralanıb. Faktla bağlı Rusiya Federasiyasının İstintaq Komitəsi cinayət işi açıb.
Günay