Çində 4,8 maqnitudalı zəlzələ oldu

18:10 / 10.04.2024
5331
Çinin şimal-qərbində Sincan-Uyğur Muxtar Rayonunda 4,8 maqnitudalı zəlzələ olub.
Sfera.az-ın xəbərinə görə, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 18.57 radələrində baş verən zəlzələnin ocağı Aksu dairəsində, 20 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.(apa)