Ceki Çan pərəstişkarlarına müraciət etdi - FOTOLAR

Ceki Çan pərəstişkarlarına müraciət etdi - FOTOLAR

Ceki Çanın sosial mediada ağ saçlı fotolarının yayılması böyük müzakirələrə səbəb olub. Aktyor “İnstagram” səhifəsində pərəstişkarlarına müraciət edib. 


Sfera.az bildirir ki, Ceki Çan 70 yaşı münasibətilə “İnstaqram” səhifəsində paylaşım edib. O, pərəstişkarlarına müraciət edərək, xarici görünüşünü dəyişməsinin səbəbini də açıqlayıb.

 

Uill Smitdən xüsusi tərif alan aktyor qocalmasından və görünüşündən narahat olanlara səslənib:   

 

"Bu yaxınlarda dostlarımın çoxu internetdə mənim son fotolarımı görüb və hamısı səhhətimlə bağlı narahat olub. İstəyirəm, fürsətdən istifadə edərək hamıya səslənim ki, narahat olmayın! Bu, sadəcə olaraq, mənim yeni obrazımın görüntüsüdür. Canlandıracağım obrazın saçları və saqqalı ağaracaq. O, qoca görünməlidir. Bu illər ərzində mən həmişə yeni bir şey sınamağa hazır olmuşam. İstər film üçün, istər çətin kaskadyor olsun, istərsə də inqilabi görünüş dəyişikliyi olsun”.

 

Ceki Çan əlavə edib ki, o, artıq 62 ildir əyləncə sənayesində çalışır. Buna görə də o, hər anını dəyərləndirir, hələ də aktyorluq edə bildiyi üçün çox şanslıdır”

 

Aktyor zarafatla hələ də 70 yaşı olduğunu qəbul edə bilmədiyini deyib.

 

“Bir çox dostlarım mənə xatırladır: “Ceki, sənin 70 yaşın tamam olur!” Hər dəfə bu rəqəmi eşidəndə ürəyim bir saniyəlik dayanır – mənim artıq 70 yaşım var?” – deyə aktyor yazıb.

 

O, belə anlarda həmişə böyük “qardaşı” Sammo Hunun deyimini xatırladığını bildirib: 

 

“Qocalmaq xoşbəxtlikdir”. 

 

Qeyd edək ki, Sammo Hun, Bryus Li ilə işləyən məşhur kaskadyor koordinatorudur.

 

Ad günü paylaşımı üçün Ceki Çanın köməkçiləri onun karyerası ərzində çəkildiyi filmlərdən bir neçə arxiv fotoşəkili seçiblər.

 

Belə ki, fotoşəkillərin birində Çan 1985-ci ildə çəkilmiş "Qoruyucu" filminin çəkilişləri zamanı poza verir, digərində isə 1980-ci ildəki çəkiliş zamanı balkonda dayanıb.

 

Cekinin hansı filmdə yaşlı personaj kimi rol alacağı bəlli olmasa da, hazırda onun qarşıdan gələn adsız “Karate Kid”in davamı da daxil olmaqla, səkkiz layihə üzərində işlədiyi məlum olub.


Uill Smit həmkarını ad günü münasibətilə təbrik edib. Qeyd edək ki, 2010-cu ildə Smit "The Karate Kid" filminin remeykini istehsal edib. Filmdə baş rolda Ceki Çanın cənab Xan rolunu canlandırıb. O zaman 12 yaşında olan Uillin qızı Jaden Smith də filmdə rol alıb. 

 

"Jadenin oyunçu kimi formalaşmasında göstərdiyiniz köməyə görə çox minnətdaram. “Karate Kid” filminin çəkilişi zamanı Pekində sizinlə vaxt keçirmək bütün ailəmizdə xoş təəssürat yaratdı"- deyə Smit əlavə edib.

 

Ceki Çanın həyatı və karyerası

 

Ceki Çan Honq-Konqda kasıb bir ailədə anadan olub. Altı yaşında o, Pekin Opera Məktəbinə göndərilir, orada müxtəlif fəndlər öyrənir və kunq-fu ilə maraqlanır. O, ilk dəfə səkkiz yaşında kinoda debüt edib.

 

Çində o, Xing Long və ya Cheng Long səhnə adları ilə tanınıb. İlk böyük əsərləri 1978-ci ildə çəkilmiş “Qartalın kölgəsindəki ilan” və “Sərxoş usta” filmləridir. Rejissor Yun Wop-hin Çana öz kaskadyorları ilə gəlməyə icazə vermişdi. Məhz buna görə də aktyor, öz janrını yarada bilib. Onun özünəməxsus janrı isə çoxlu döyüş səhnələri və təhlükəli stuntlarla döyüş komediyası idi.

 

Çan həm də uğurlu pop müğənnisi kimi tanınır. 1984-cü ildən etibarən 20-dən çox albom buraxmışdır. Kanton və Mandarin, Yapon və İngilis dillərində oxuyur.

 

Ceki Çan tez-tez deyir ki, kaskadyorları əksəriyyətini özü edib və bəzən digər aktyorlar üçün də dubl edib. O, ümumilikdə üç mindən çox xəsarət alıb. 2013-cü ildə Ceki müsahibəsində, onun üçün ən travmatik anın “Tanrının zirehləri” (1986) filminin çəkilişləri olduğunu bildirmişdi. Daha sonra Çan ağacdan yıxılıb və başından ağır xəsarət alıb.

 

“52 il kinoda işlədiyim müddətdə təpəmdən tutmuş barmaq uclarına kimi bədənimdəki hər nöqtə ən azı bir dəfə qırılıb.Kəllə sümüyüm, üç dəfə burnum, dizim, bir çiynimdə sınıq və çıxığım olub. Digər çiynim, döş sümüyünün, çanaq sümüyün çıxığı, çoxsaylı kürək xəsarətləri, o cümlədən fəqərələrin sınığı. Mən hələ dişlərin sınması, barmaqların və qabırğaların sınması kimi xırda şeylərdən danışmıram. Ölsəm, cəsədimi təhsil üçün hansısa tibb mərkəzinə verəcəm”– deyə Çan 11 il əvvəl verdiyi müsahibədə zarafatla bildirmişdi.

 

Yaralıların çoxluğuna görə aktyor dünya üzrə sığorta şirkətlərinin qara siyahısına düşüb. Aktyor etiraf edir ki, bəzən özü yataqdan qalxa bilmir və xüsusi trenajorun köməyindən istifadə edir.

 

Xatırladaq ki, Ceki Çan əvvəllər lezbiyan qızından imtina etdiyi üçün tənqid olunmuşdu. Etta Vu Zhuolin özü bu barədə danışaraq, hətta evindən qovulanda körpünün altında yatmalı olduğunu etiraf etmişdi.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...