Si Cinpin Sergey Lavrovu QƏBUL ETDİ

Si Cinpin Sergey Lavrovu QƏBUL ETDİ

Çin Sədri Si Cinpin Pekində səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

 

Daha əvvəl S.Lavrov Çinin xarici işlər naziri Vanq İ ilə görüş keçirib.

 

Rusiyalı nazir çinli həmkarı ilə görüşündə bildirib ki, tərəflər Ukrayna ilə münaqişənin həlli məsələsi üzrə Moskvanın maraqları nəzərə alınmadan keçirilən görüşlərin mənasız olduğunu təsdiqləyiblər. S.Lavrov həmçinin deyib ki, Rusiya Prezidenti Vladimir Putin və Si Cinpin bu ilin oktyabrında keçiriləcək BRICS (BRİKS) sammiti çərçivəsində Kazanda görüşmək niyyətindədir.

 

Qeyd edək ki, BRICS 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır.


OXŞAR XƏBƏRLƏR

XİN-dən Atatürkü Anma, Gənclik və İdman Bayramı ilə bağlı PAYLAŞIM

Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyənin 19 may – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə paylaşım edib.   Sfera.az xəbər ve...

Bu küçədə yol bağlıdır

Xətai rayonu, Sergey Senyuşkin küçəsində sexlərdən birində baş verən yanğın səbəbindən qeyd olunan küçədən Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqli...

“Bunu bəyənməyənlər öz işləri ilə məşğul olsalar, daha yaxşı olar” - Prezident

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan ilə İran dövlət sərhədində Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.  ...

Anar Heybətova ağır itki - FOTO

Əməkdar artist Anar Heybətova ağır itki üz verib.   Sfera.az axşam.az-a istinadən bildirir ki, bu barədə aktyor sosial şəbəkədə paylaşım edib. O, əmi...

Bank kartlarından oğurluq halları artıb: Qarşısını necə almalı?

Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə Şirvanda əhali arasında maarifləndirmə işi gücləndirilib.   Sfe...

Sabah rayonlarda leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Martın 20-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...