7 yaşlı qızcığaz anasına məzar daşı qoymaq üçün görün nə etdi - FOTO

7 yaşlı qızcığaz anasına məzar daşı qoymaq üçün görün nə etdi - FOTO

ABŞ-da Alabama ştatında 7 yaşlı Emuri Conson keçən ay 29 yaşında vəfat edən mərhum anası Karli Bordnerin baş daşı üçün limonad stendi açıb. 

 

Sfera.az bildirir ki, təşəbbüs ictimaiyyətin diqqətini cəlb edib və dərhal sosial mediada yayılıb .Bu hekayə viral olduqdan sonra bir neçə şirkət məzar daşının pulsuz quraşdırılmasını təklif edib.

 

Emuri limonadın bir fincanını 1 dollara satmağa başlayıb. Günün sonuna qədər qız 10 min dollara yaxın pul yığıb. Yanğınsöndürənlər, qonşular, tibb bacıları və polis əməkdaşı ona dəstək olmaq və içki almaq üçün stendin qarşısında növbəyə durub. 

 

Emuri: "Bir az limonad hazırlamaqla bu qədər insanı bir araya gətirə biləcəyini bilmirdim" - deyib. 

 

Bu hekayə gündəm olduqdan sonra məzar daşları düzəldən bir neçə şirkət ana üçün pulsuz baş daşı qoymağı təklif edib. Bundan əlavə, dəfn xərclərini ödəmək üçün “GoFundMe” xeyriyyə platformasında 4 min dollardan çox vəsait toplanıb.

 

Emurinin qazandığı pulun ailəsində  qalmasını təklif edirlər.

 

Nənə Cennifer Bordner isə heyrətini gizlədə bilmədiyini və xoşbəxtlikdən ağladığını deyib.

 

Qadın Facebook səhifəsində nəvəsi və qızının bir neçə fotosunu paylaşaraq: 

 

"Karlamıza göstərdiyiniz sevgiyə görə hamınıza təşəkkür edirəm. Rahat yat mənim mələyim" - yazıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...