Əməliyyatdan sonra İrlandiya ləhcəsi ilə danışdı - FOTO

Əməliyyatdan sonra İrlandiya ləhcəsi ilə danışdı - FOTO

Avstraliyalı Angie (Anjin) Yen adlı gənc qadının başına çox maraqlı hadisə gəlib.

 

Sfera.az bildirir ki, Tonzillektomiya (boğaz) əməliyyatının səhəri gün qadın irland ləhcəsi ilə danışmağa başlayıb. Qəribədir ki, o, əvvəllər heç vaxt İrlandiyada olmayıb. 


Anjin bu vəziyyəti TikTok hesabında çəkdiyi videoda paylaşaraq izah edib:


“Səhər yuxudan duranda ingiliscə irland ləhcəsi ilə danışırdım. Bunun qəribə bir yuxu olduğunu düşündüm. Amma belə deyildi, mənim avstraliyalı ləhcəm tamamilə yox olmuşdu”.


Həkimlərin iki həftəlik araşdırmasının sonunda Anjinin vəziyyətinin Xarici Vurğu Sindromu olduğu üzə çıxıb. Bu sindrom insanda beyin zədəsi nəticəsində yaranır, ləhcəsinin dəyişməsinə təsir edir.  

 

Ən maraqlısı isə budur ki, bu sindroma 1907-ci ildən bəri yalnız 100 nəfərdə rast gəlinib.


İki həftəlik prosesini və dəyişməsini paylaşan Anjin, vurğusunun gündən-günə gücləndiyini görüb. Əslində, hətta həkimlər də əməliyyatdan sonrakı ilk səkkiz gün vəziyyəti anlaya bilməyiblər.


Bu vəziyyət yarandıqdan sonra xəstəxanaya getdiyini və bir mütəxəssislə danışdığını deyən Anjinə:

 

“Orqanizminin sağalmasına icazə verməlisən” - deyilib. 


“Bir səhər oyandım və avstraliya aksentimin geri döndüyünü gördüm. Tez bir dostuma zəng etdim, vəziyyətimi təsdiqlədim, lakin telefon danışığından 5-10 dəqiqə sonra irland ləhcəsi geri gəldi".


"Mən bilmirəm nə edim. Bu, çox qəribə bir vəziyyətdir. Artıq cəhd də etmirəm, tamamilə qorxuram”.

 

Sonrakı günlərdə Anjin avstraliya ləhcəsini tamamilə itirib və tamamilə irlandiyalı kimi danışmağa başlayıb. 


"Bəli, bilirəm ki, tibbi yardıma və mütəxəssislərə müraciət etməliyəm, ancaq məni əvvəlki vəziyyətimə qaytarmaq üçün doğru insanı tapmaq da tamam başqa bir problemdir"-o, son videosunda deyir.


"Mən həqiqətən Avstraliya aksentimi geri istəyirəm, çünki 20 ildir belə danışıram”.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İsrailin şimalında hava həyəcanı siqnalı: 2 PUA vuruldu

İsrailin şimalındakı bir sıra yaşayış məntəqələrində hava həyəcanı siqnalları səslənib.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kana...

Həcc ziyarətindəki zəvvarlarımızın ölkəyə qayıdışı necə TƏŞKİL OLUNACAQ? – QMİ-dən AÇIQLAMA

“Baş verən son hadisələrlə əlaqədar, (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir...

KİV:İsrailin İrandakı əməliyyatı 14 gün davam edəcək

İsrail İrana qarşı əməliyyatı 14 gün ərzində aparmağı planlaşdırır.   Sfera.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yük...

Sürücülərin NƏZƏRİNƏ – Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

Bakıda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobil Yolları ...

Zakir Həsənovdan Bağerinin ölümü ilə bağlı BAŞSAĞLIĞI

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağ...

Əli Əsədovdan Laçın şəhəri ilə bağlı QƏRAR

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb....