Hadidlərin bacısı film şirkəti qurdu

Hadidlərin bacısı film şirkəti qurdu

Məşhur supermodellərin bacısı Alana Hadid Fələstin filmləri çəkmək qərarına gəlib.

 

Sfera.az bildirir ki, Alana Hadid film istehsalı və yayımı ilə məşğul olan “Watermelon Pictures” şirkətinə rəhbərlik edəcək. İnternet saytında müəssisə "Fələstinə məxsus müstəqil film yayımı, istehsalı və maliyyələşdirmə şirkəti" kimi təsvir edilir. Şirkətin ilk filmi  isə “Divarın arxasında” sənədli filmi olacaq.

 

Şirkət mədəni təmsilçilik və sosial təbliğata xidmət edəcək və bütün dünyada kifayət qədər tanınmayan kinorejissorları təqdim etməyə çalışacaq.

 

İlk sənədli film isə “Walled Off Hotel” adlı sənədli film olub. “Walled Off Hotel”in layihə rəhbəri İngilis küçə rəssamı Benksidir. Sənədli film məhz Benksi tərəfindən maliyyələşdirilib. Adı çəkilən Fələstin oteli Bethlehemdə İsrailin Qərb Sahilinin sədd divarı ilə üzbəüz yerləşir. Film ərazidə yaşayan fələstinlilərin həyatından bəhs edir və etiraz forması kimi müqavimətin vacibliyindən bəhs edir.

 

Filmin ssenari müəllifi və rejissoru Fələstin-İtaliya əsilli amerikalı rejissor Vin Arfusodur. 3 may 2024-cü ildə ABŞ-da filmim məhdud sayda teatr və rəqəmsal nümayişi olacaq.

Filmdə Alananın qardaşı Ənvər Hadid, Rocer Uoters (Pink Floyd)  siyasi baxışları, o cümlədən İsraillə bağlı son illərdə mübahisələrə səbəb olan fikirləri ilə tanınan Cənubi Afrikanın keçmiş prezidenti Nelson Mandelanın nəvəsi Kveku Mandela ilə birgə çəkilib.

 

“Film buraxılışlarımız vasitəsilə biz dünya tamaşaçılarıbı ədalətsizliyə qarşı durmaq üçün maarifləndirməyə və ruhlandırmağa çalışırıq”-deyə yaradıcı direktor Alana Hadid bildirib.


Bəs Qarpız Fələstinlə necə bağlıdır? 

 

Qarpız Fələstinin simvolu kimi 1967-ci il müharibəsindən sonra, İsrailin İordan çayının qərb sahili və Qəzza zolağına nəzarəti ələ keçirməsi ilə ortaya çıxıb.

 

Sonra İsrail hakimiyyəti bu ərazilərdə Fələstin bayrağını qadağan edərək, onun ictimaiyyətə nümayişini cinayət hesab etdi. Fələstinlilər qadağanın qarşısını almaq üçün qarpız təsvirlərindən istifadə etməyə başladılar. Onların fikrincə, qarpız kəsildikdə Fələstin bayrağının bütün rəngləri onda əks olunur (qırmızı, qara, ağ və yaşıl). İsrail 1993-cü ildə Oslo razılaşmasının bir hissəsi olaraq Fələstin bayrağının istifadəsinə qoyulan qadağanı ləğv etdi və bayraq Qəzza zolağı və İordan çayının qərb sahilində nəzarət Fələstin Muxtariyyətinə verildi. O vaxtdan qarpız Fələstinin simvoluna çevrilib.


Bu ilin yanvarında İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir polisə Fələstin bayraqlarını ictimai yerlərdə yığışdırmağı əmr edib.

 

Buna cavab olaraq Fələstin tərəfdarlarının yürüşlərdə yenidən qarpız şəkilləri peyda olub. 

 

Qeyd edək ki, İsrail qanunlarına görə Fələstin bayraqları qadağan edilməsə də, ictimai asayiş pozulduğu hallarda  polis və ya əsgərlərin bayraqları yığışdırmaq hüququ var.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yaponiyada müflis olan şirkətlərin sayı ARTIR - Rekord təkrarlanır

2024-cü ildə Yaponiyada iflas olan şirkət sayı son 11 ilin rekord həddinə çatıb.   Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunun...

Azərbaycanda ət BAHALAŞDI

Son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib. Statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında xırda buynuzlu heyva...

"Rabitəbank"dan YENİLİK - Taksit funksiyalı Kartmane kartı

Rabitəbank, müştərilərinin alış-verişlərini daha rahat idarə etməsi məqsədilə taksit funksiyalı yeni Kartmane kartını təqdim edib. Bu yeni məhsul sərfəli şərtlə...

Azərbaycan futzal millisinin İsveçlə oyun üçün heyəti açıqlandı

Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsində İsveç yığması ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.   Sfera.az xəbər ve...

Əsəd niyə İrana yox, Rusiyaya sığındı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bəşər Əsəd və ailə üzvləri Rusiyanın paytaxtı Moskva şəhərindədir. Bəzi məlumatlara görə, Rusiya Suriyadakı qüvvələrinin təhlükəsiz şərai...

Ölkədən çıxışına qadağa qoyuldu

Cənubi Koreyanın Ədliyyə Nazirliyi Prezident Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyub.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı “Yonhap...