Vəba epidemiyasından qaçan gəmi batdı: Ölənlər var 

Vəba epidemiyasından qaçan gəmi batdı: Ölənlər var 

Afrika Respublikasının Mozambik şimal sahillərində bərənin batması nəticəsində azı 91 nəfər həlak olub.

 

Sfera.az bildirir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, bərənin göyərtəsində 130 nəfər olub. Onlardan yalnız beş nəfəri xilas edilib.

 

Nampula dövlət katibi Xayme Netonun sözlərinə görə, sərnişinlər vəba epidemiyasından xilas olmağa çalışıblar. O, ölənlərin çoxunun uşaq olduğunu da qeyd edib.

 

"Həddindən artıq sıxlıq və gəminin sərnişin daşınması üçün yararsız olması səbəbindən gəmi batıb"-deyə Neto bildirib. 


Ehtimallara görə, bərə Lunqadan Nampula sahilləri ilə Mozambik adasına gedirmiş. İkisi arasında dənizlə məsafə təxminən 28 km-dir.

 

Qeyd edək ki, UNİCEF-in məlumatına görə, Mozambikdə vəba epidemiyası son 25 ildə ən ciddi xəstəlikdir. Nampula əyaləti xəstəlikdən ən çox təsirlənən bölgələrdən biri olub. Keçən ilin əvvəlindən bəri isə vəba Cənubi Afrikanın bir sıra ölkələrində tüğyan edir. 

 

Mozambik səlahiyyətliləri, keçən il yanvarın əvvəlindən bəri 13,700 vəbaya yoluxma və 30 ölüm faktının qeydə alındığını bildirir.


OXŞAR XƏBƏRLƏR

Səudiyyə kralı xəstəxanaya yerləşdirildi

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud yüksək hərarət və oynaq ağrıları səbəbilə Ciddədəki xəstəxanada tibbi müayinədən keçib.   Sfer...

İlham Əliyev: Biz İranın bu məsələyə dair dəstəyini alqışlayırıq

İndi Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini görürük.   Sfera.az ...

Cəlilabadda iki nəfəri bıçaqlayan şəxs saxlanıldı

Cəlilabad rayonunda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.   DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a bildirilib ki, araların...

XİN-dən Atatürkü Anma, Gənclik və İdman Bayramı ilə bağlı PAYLAŞIM

Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyənin 19 may – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə paylaşım edib.   Sfera.az xəbər ve...

Bu küçədə yol bağlıdır

Xətai rayonu, Sergey Senyuşkin küçəsində sexlərdən birində baş verən yanğın səbəbindən qeyd olunan küçədən Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqli...

“Bunu bəyənməyənlər öz işləri ilə məşğul olsalar, daha yaxşı olar” - Prezident

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan ilə İran dövlət sərhədində Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.  ...