Qazaxıstanda sabiq nazir arvadını restoranda boğub öldürdü - FOTO

Qazaxıstanda sabiq nazir arvadını restoranda boğub öldürdü - FOTO

Astanada arvadı Saltanat Nukenovanı restoranda mübahisə zamanı öldürməkdə təqsirləndirilən Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin məhkəməsi davam edir.

 

Sfera.az-ın məlumatına görə, Bişimbayev iddia edir ki, onlar bir neçə saat restoranın VİP kabinəsində mübahisə ediblər. Onun sözlərinə görə, Saltanat tualetdə başını kafel döşəməyə vurub. Cütlük evə qayıtdıqdan sonra isə qadın yerinə uzanaraq yuxuya gedib. Səhər əri onu bir neçə dəfə oyatmağa çalışıb, lakin yalnız səkkiz saatdan sonra onun nəbzinin olmadığını və bədəninin soyuq olduğunu görüb.

 

İstintaq iddia edir ki, Bişimbayev mübahisə zamanı qadını boğub, həmçinin restoranın sahibindən, qardaşından müşahidə kameralarından qeydləri silməyi və arvadının telefonunu evə aparmasını istəyib. Sabiq nazir qəsdən adam öldürmədə özünü təqsirli bilmir.

 

Qeyd edək ki, Kuandıq Bişimbayev 2023-cü ilin noyabrında saxlanılıb. Onun məhkəməsi mart ayında başlayıb.

 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...