Aİ İsrailin İran konsulluğuna hücumunu pislədi

Aİ İsrailin İran konsulluğuna hücumunu pislədi

Avropa İttifaqı İsrailin aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğuna endirdiyi və beş zabit və iki generalın həlak olması ilə nəticələnən hava hücumunu pisləyib.


Sfera.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin mətbuat katibi Cozef Borrelin bəyanatında deyilib.



“Aİ regionda vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırır. Bölgədə eskalasiyanın daha da artması heç kimin marağında deyil”, - bəyanatda vurğulanıb.



Bundan əlavə, o, beynəlxalq hüquqa uyğun olaraq, bütün hallarda diplomatik və konsulluq binalarının və personalının toxunulmazlığı prinsipinə hörməti qeyd edib.



Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının çağırdığı fövqəladə iclasda da İranın Dəməşqdəki konsulluq idarəsinə hücumu pislənilib.



Əzizə
sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...