Tarixdə ilk dəfə: Yapon imperator ailəsi İnstagram hesabı açdı

Tarixdə ilk dəfə: Yapon imperator ailəsi İnstagram hesabı açdı

Yaponiyanın imperator ailəsi bazar ertəsi bir neçə paylaşımla məşhur sosial media platformasında debüt edib. İmperatorun ailə işlərinə cavabdeh dövlət qurumu olan Yaponiya İmperator Ev Təsərrüfatı Agentliyi, son üç ayda İmperator Naruhito və İmperator Masakonun ictimaiyyət qarşısında çıxışlarını əks etdirən 60 fotoşəkil və beş video yayımlayıb. 

 

Sfera.az xəbər verir ki, bu yolla imperator özünün qapalı imicini atmağa və sosial şəbəkələrdə gənclərlə əlaqə saxlamağa ümid edir.

 

Hesabın açıldığı axşam imperator ailəsinin təsdiqlənmiş “Kunaicho_jp” hesabının 270.000-dən çox izləyicisi olub. İndi isə yarım milyondan çox abunəçi var.

 

Yayımlanan ilk fotoda imperator cütlük, 22 yaşlı qızları Şahzadə Ayko ilə divanda oturaraq Yeni ili qeyd edərkən gülümsədikləri əks olunub. Digər fotolara imperator cütlüklərin xarici dövlət rəsmiləri, o cümlədən Bruney vəliəhd şahzadəsi Hacı əl-Muhtadi Billah, onun həyat yoldaşı arasında görüşlər daxildir.


Naruhitonun fevralın 23-də ad günü qeyd edərkən insanlara müraciət etdiyi video bir gündən az müddətdə 21 mindən çox baxış toplayıb.

 

Hələlik paylaşımlar rəsmi şəkillərlə məhdudlaşır, özəl və səmimi məqamlara yer verilmir. Agentlik fəaliyyətini kral ailəsinin digər üzvləri ilə də genişləndirməyi nəzərdən keçirdiyini bildirib.

 

Qeyd edək ki, Britaniya kral ailəsi də ilk dəfə 15 il əvvəl (2009) “X”ə, (keçmiş “Twitter”) qoşulmuşdu.

 

Bəzi abunəçilər Yapon imperator ailəsinin sosial şəbəkələrdə hələ indi görünməsinə təəccübləniblər. Çoxları ailənin artıq hesablarının olduğuna nədənsə əmin olublar.


Naruhitonun atası, 2019-cu ildə taxt-tacdan gedən İmperator Emeritus Akihito və həyat yoldaşı öz dövründə məşhur idilər. Amma indi kral ailəsinin pərəstişkarları əsasən yaşlı nəslə aiddir.


Saray rəsmiləri ailə və onun fəaliyyəti ilə maraqlanan daha çox insana çatmaq üçün sosial mediadan istifadə etməyi düşünürdü. Keçən il agentlik sosial mediadan istifadənin imperator ailəsinə təsirini öyrənmək üçün ekspertlər qrupu yaratmışdı.


Qeyd edək ki, imperatorun qardaşı qızı Mako Komuronun həyat yoldaşı və qayınanasının maddi vəziyyəti sosial mediada əks reaksiya ilə qarşılanmışdı. Bundan sonra onun nikahı pozulmuş, bundan sonra agentlik ehtiyatlı davranmağa məcbur olmuşdu. Şahzadə boşanarkən maddi təzminat almaqdan imtina edib. Keçmiş şahzadə bildirib ki, o zaman mediada, o cümlədən internetdə baş verən hücumlara görə psixoloji sarsıntı keçirib.

 

Mütəxəssislər isə qeyd edirlər ki, sosial media kral ailəsini insanlara yaxınlaşdırmağa kömək edə bilər.  Agentliyə sosial medianı idarə etmək və dezinformasiyaya cavab vermək imkanı verilir.

 

Hesab heç kimə abunə deyil və ictimaiyyətlə əlaqə saxlamır. İstifadəçilər yazılara şərh yeri bağlıdır və yalnız "Bəyən" düyməsi aktivdir. 

 

İmperator ailəsinə mesaj göndərmək istəyənlər rəsmi internet saytından istifadə etməlidirlər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...