DTX təcridxanasında saxlanılan separatçının sərvəti azaldı
22:58 / 02.04.2024
8515
“Forbes” nəşri dünya milyarderlərinin növbəti reytinqini açıqlayıb.
Sfera.az bildirir ki, siyahıya Ermənistandan yalnız bir nəfər - separatçı Ruben Vardanyanın adı daxil edilib.
Hazırda onun sərvəti 1,1 milyard dollar qiymətləndirilir.
Siyahıda 2545-ci yeri tutan Vardanyanın ötən il ərzində sərvətinin azaldığı qeyd edilib.
Xatırladaq ki, Ruben Vardanyan hazırda DTX təcridxanasında saxlanılır və aparılan cinayət işi üzrə öz məhkəməsini gözləyir.