Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

Monqolustanın qərbində, Rusiya ilə sərhəddən təxminən 340 km aralıda zəlzələ qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb.

 

Məlumata görə, 5,8 bal gücündə olan zəlzələnin episentri Çuluut kəndindən təqribən 26 km cənub-şərqdə və Baykal rifi zonasının cənub-qərbində yerləşən Xubsuqul gölündən təxminən 336 km cənubda yerləşib.

 

Episentrdə zəlzələnin intensivliyi MSK-64 şkalası üzrə 7,6 bal olub.


OXŞAR XƏBƏRLƏR