Zəncirvari yol qəzası şəhəri döyüş meydanına çevirdi - 100-dən çox avtomobil toqquşdu
![Zəncirvari yol qəzası şəhəri döyüş meydanına çevirdi - 100-dən çox avtomobil toqquşdu](https://sfera.az/photo/orginal/2024/02/24/1708720107_china-cars.jpg)
00:26 / 24.02.2024
7133
Çinin Suçjou şəhərində 100-dən çox avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəzada yaralanan 3 nəfər xəstəxanaya aparılıb.
Sfera.az xəbər verir ki, Çində baş verən yol-nəqliyyat hadisəsi sosial mediada trend mövzusuna çevrilib.
Polis qəzanın səbəbi ilə əlaqədar araşdırmalara başlayıb.
Suçjou şəhərində 100-dən çox avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsindən sonra şəhər sanki müharibə zonasına çevrilib.
Qəzanın əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi təxmin edilir.
Aynil