106 yaşlı baba orta məktəbi fəxri diplomla bitirdi - VİDEO

106 yaşlı baba orta məktəbi fəxri diplomla bitirdi - VİDEO

ABŞ-ın Cənubi Karolina ştatının 106 yaşlı sakini orta məktəbi uğurla başa vuraraq müvafiq sertifikat alıb. Fred Allen Smalls nəvəsi Birdella Kinney sayəsində sosial media ulduzuna çevrilib.


Sfera.az bildirir ki, “Baba” ləqəbli Fred Allen Smalls “Corctaun” Liseyinin fəxri diplomu ilə də təltif edilib. Nəvəsi 100-dən çox insanın iştirak etdiyi mərasimi sosial mediada paylaşıb. Video tezliklə viral olub.


Smalls 5 fevral 1918-ci ildə Corctaunun Plantersvill hissəsində anadan olub. O, səkkizinci sinifdən sonra Vaşinqtona köçmək və ailəsinə maddi dəstək olmaq üçün məktəbi yarımçıq qoyub. Nəvəsi Birdella Kinni bir ildən çox babasına arzuladığı diplomu almağa kömək etməyə çalışıb. Nəvə, həmçinin təltifetmə mərasiminin təşkilinə kömək edib. Mərasimdə rayon rəhbəri Keyt Prays və Corctaun meri Kerol Jairon da çıxış edib.
 

Kinney babasının yürüyüş və iti Bella ilə vaxt keçirməsi də daxil olmaqla sevimli məşğuliyyətlərini lentə alıb, TikTok-da yayımlayır. Videolar sayəsində Smalls çox məşhurlaşıb. “NBC News” yüz qaradərili yaşlının sosial media məşhuruna çevrilməsi haqqında sənədli filmində də yer alıb.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...