Rusiya Ukraynanın daha bir qəsəbəsini ələ keçirdi

Rusiya Ukraynanın daha bir qəsəbəsini ələ keçirdi

Rusiya ordusu Ukraynanın Donetsk vilayətində yerləşən Pobeda qəsəbəsini nəzarətə götürüb. 


Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiya Müdafiə Nazirliyi açıqlayıb. 


Rusiya ordusunun Ukraynada hücumlarını davam etdirdiyi qeyd edilən açıqlamada bildirilir ki, Cənub Qüvvələr Qrupunun bölmələri Donetsk istiqamətində Pobeda qəsəbəsini "azad edərək" cəbhə xəttindəki mövqelərini yaxşılaşdırıb. 


Bundan əlavə, bəyanatda ABŞ istehsalı olan “Patriot” Hava Hücumundan Müdafiə Sisteminin vurulduğu, Ukrayna ordusuna məxsus 95 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyi də vurğulanıb. 


Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi bir müddət əvvəl Ukraynanın Avdeyevka şəhərini də nəzarətə götürüldüyünü açıqlamışdı.


Vasif


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...