Azərbaycanda internet istifadəçiləri belə aldadılır - 119 provayderə VAXT VERİLDİ

Azərbaycanda internet istifadəçiləri belə aldadılır - 119 provayderə VAXT VERİLDİ

İnternet istifadəçilərin provayderlər tərəfindən aldadılmasının qarşısını almaq üçün İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) nəzarəti gücləndirib. Tənzimləyici qurum olaraq İKTA, provayder və istifadəçi arasında bağlanan müqavilə şərtlərinin qanuna uyğunluğuna nəzarət edir. Bu səlahiyyəti həyata keçirən İKTA 119 provayderin müqaviləsində qüsurlar aşkar edib. Bu o deməkdir ki, 119 provayder vətəndaşlarla müqavilə bağlayarkən istifadəçinin hüquqlarını qoruyacaq şərtlərə yetərincə əməl etməyib. Bunu aradan qaldırmaq üçün provayderlərə vaxt verilib.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.

 

Onun sözlərinə görə, qeyd olunan şərtlər Telekommunikasiya haqqında qanunun 40-cı maddəsində nəzərdə tutulub:

 

“Provayder mütləq şəkildə internet xidmətlərinin keyfiyyətinə dair tələbləri müqavilədə qeyd etməlidir. Xidmətin nə zaman dayandırıla biləcəyi də xüsusilə qeyd edilməlidir. Düşünürəm ki, İKTA-nın bu addımları çox təqdirəlayiqdir. Tövsiyə olunur ki, istiafdəçilər provayderlərlə bağlanan müqavilələrə nəzər salsınlar və çatışmazlıqlar varsa provayderə və İKTA-ya müraciətlər etsinlər. Atılan bu addımlar ölkədə internet istifadəçilərin hüquqlarının qorunmasında, internetin keyfiyyətinin yaxşılaşmasında mühüm rol oynayacaq”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeo...

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir.   Sfera.az xəbər verir ki, viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çin...

Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir

2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan gözlənilən qapıları açacaq. Uzun müddət gözləyən, zəhmət çəkən, lakin qarşılığını ala bil...

MMA döyüşçüsü güllələndi - VİDEO

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.   Sfera.az bildirir ki, atışma Mahaçq...

Rusiyada VPN xidmətlərindən istifadəyə görə cərimə tətbiq edilib

Rusiya Dövlət Dumasının müvafiq komitəsi internetdə “bilərəkdən ekstremist məlumatların” axtarışına, o cümlədən VPN xidmətlərindən istifadəyə görə 5...

Azərbaycanda xərçəng əleyhinə peyvənd tətbiq olunacaq? - VİDEO

"Dünyada insanları xərçəngdən qoruyan mühüm peyvəndlərdən birinin Azərbaycanda da tətbiqi ilə bağlı danışıqlar aparılır".   Sfera.az Xəzər ...