Qərb Ukrayna savaşından geri çəkilir? - "Ola bilsin, Ukrayna üçün..." + AÇIQLAMA 

Qərb Ukrayna savaşından geri çəkilir? -

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu bildirib ki, Qərbin yardımlarında gecikmələr Ukraynanın artilleriya çatışmazlığını daha da gücləndirir. Qeyd olunub ki, bu, gələcəkdə Ukraynanın döyüşləri davam etdirməsinə mənfi təsir göstərə bilər:

 

“Qərbin Ukraynaya yardımının azalması özünü müdafiə etmək və Rusiyaya müqavimət göstərmək imkanlarını iflasa uğradacaq”.

 

Digər tərəfdən, Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova fevralın 9-da “Bloomberg”ə müsahibəsində demişdi ki, Ukrayna ciddi raket çatışmazlığı ilə üzləşib. Onun fikrincə, Ukraynaya dəstəyi davam etdirməyin alternativi yoxdur. Həmçinin digər Qərb ölkələri, o cümlədən Almaniya da daha əvvəl tədarük imkanlarının tükəndiyini bildiriblər.

 

Baş verənlər fonunda, Qərb Ukrayna savaşından geri çəkilir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, bu açıqlamalar heç də Qərb ölkələrinin silah anbarlarının boş qalması demək deyil:

 

“Ola bilsin, Ukrayna üçün nəzərdə tutulmuş resurslar azalır. Yaxın Şərqdə davam edən müharibənin və digər hadisələrin nəticəsində Qərbin, o cümlədən ABŞ-nin prioritetlərini dəyişməsi mümkündür. ABŞ artıq təkcə Ukraynaya yox, həm də İsrailə dəstək verməlidir. Üstəgəl, prezident seçkiləri yaxınlaşır. ABŞ-nin mövcud hakimiyyətinin seçki kampaniyası üçün xeyli vəsaitə ehtiyacı var. Əks-hücum əməliyyatları da gözləntiləri doğrultmadı. Belə bir şəraitdə Qərbin Ukraynaya dəstəyi azaltması təəccüblü olmamalıdır”.

 

Müsahibimiz bildirib ki, Qərbin, xüsusilə ABŞ-nin Ukraynaya dəstəyinin gələcəkdə artacağı gözlənilmir:

 

“Ən azından ABŞ-dəki prezident seçkilərinə qədər bu, belə olacaq. Amma dəstəyin səviyyəsində daha da azalma ola bilər. Ağ Evi maraqlandıran yalnız özünün Şərqi Avropa ilə bağlı siyasəti, bölgədə təsir gücünü saxlaması və Rusiyanın zəiflədilməsidir. Rəsmi Vaşinqton bunun üçün sadəcə Kiyevdən istifadə edir. İndi Ukrayna faktiki olaraq ABŞ-dən asılı vəziyyətə düşüb. ABŞ silah tədarükünü azaldıb- artırmaqla Ukraynaya istədiyini diktə edə bilər. Ukraynanın ABŞ-yə etiraz etməsi isə ağlabatan görünmür. Çünki bu halda Vaşinqton onsuz da azaltdığı silah dəstəyini tamamilə dayandıra bilər. Ukrayna indiki halda silahlardan qənaətlə istifadə etməyə məcburdur. Görünən odur ki, belə də edir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...