ABŞ-nin müdafiə naziri yenidən xəstəxanaya yerləşdirildi - Reanimasiyadadır
![ABŞ-nin müdafiə naziri yenidən xəstəxanaya yerləşdirildi - Reanimasiyadadır](https://sfera.az/photo/orginal/2024/02/12/1707735414_ap20343005301115.jpg)
15:27 / 12.02.2024
5259
ABŞ-nin müdafiə naziri Lloyd Ostin reanimasiyaya yerləşdirilib.
Sfera.az xəbər verir ki, bununla bağlı Pentaqon açıqlama yayıb.
Açıqlamada qeyd edilir ki, vəziyyəti yenidən ağırlaşan Lloyd Ostin xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Vəzifəsini icra edə bilməyən naziri müavini Ketlin Hiks əvəz edəcək.
Ostin prostat xərçəngindən əziyyət çəkir. O, bu yaxınlarda prostat xərçəngindən müalicə olunduqdan sonra vəzifəsinin icrasına başlamışdı.
Vasif