Keçmiş "Tvitter" İŞİ: İlon Mask məhkəmədə İFADƏ VERƏCƏK
Kaliforniya federal məhkəməsi Amerikalı milyarder İlon Maskı "X" (keçmiş Tvitter) sosial şəbəkəsinin alınması ilə bağlı sövdələşmənin qanuniliyi barədə ifadə verməyə məcbur etmək qərarına gəlib.
Sfera.az Bloomberg-ə istinadən xəbər verir ki, milyarderə ötən il 44 milyard dollara başa gələn alışla bağlı araşdırma ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyası tərəfindən aparılır. Maskın nə vaxt və harada ifadə verməli olacağına məhkəmə bir həftə ərzində qərar verəcək.
Agentliyin məlumatına görə, komissiyanın topladığı sübutlar kifayət qədər inandırıcı hesab edildiyi üçün məhkəmə Maskın ifadə verməsini zəruri hesab edib.
Sosial şəbəkəni almaq üçün sövdələşmə bağlayarkən Mask ciddi senzuranı aradan qaldıracağını, redaksiya siyasəti və bloklanmış hesabların bərpası ilə bağlı qərarlar qəbul edəcək məzmunla bağlı moderasiya şurası yaradacağını vəd edib.
Bununla belə, bu siyasət reklamlarının sui-qəsd nəzəriyyələri, irqçi və ekstremist məzmunun yanında yerləşdirilməsindən məmnun olmayan əsas reklamçıları qorxudub. Maskın əlavə funksiyaları abunə yolu ilə təklif edərək pul qazanmaq cəhdləri hələ də şirkətin gəlirlərinə ciddi təsir göstərməyib.
Daha əvvəl bildirilmişdi ki, məhkəmə Maska "Tesla" şirkətinin baş direktoru vəzifəsində işlədiyinə görə 55 milyard dollardan çox məbləğdə mükafat təyin edilməsini qanunsuz elan edib.
İnci