Azərbaycanlı qız ABŞ-də pilot oldu - FOTO
![Azərbaycanlı qız ABŞ-də pilot oldu - FOTO](https://sfera.az/photo/orginal/2024/02/11/1707670522_fotojet_57.jpg)
Dünya
20:44 / 11.02.2024
5237
ABŞ-nin Florida əyalətinin Epik Flight Akademiyasının azərbaycanlı tələbəsi, 21 yaşlı Əsmər Nuriyeva bu ölkədə pilot kimi çalışacaq.
Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, Əsmər Nuriyeva bu işə qəbul üçün çətin imtahanları geridə qoyaraq ABŞ-nin ən böyük hava yolları şirkətlərindən biri olan “United Airline”a birinci kapitan pilot olaraq qəbul olunub.
Qeyd edək ki, Əsmər Nuriyeva Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndindəndir.