ABŞ-də helikopter qəzası - 6 nəfər öldü
Dünya
13:05 / 11.02.2024
7084
ABŞ-nin Kaliforniya ştatının Nipton şəhərində Nevada sərhədi yaxınlığında göyərtəsində altı nəfərin olduğu “Eurocopter EC 130” helikopteri qəzaya uğrayıb.
Sfera.az-ın xəbərinə görə, bu barədə NBC televiziyası ABŞ-nin Federal Aviasiya Administrasiyasına istinadən məlumat verib.
Məlumata görə, hadisə nəticəsində sağ qalan tapılmayıb.
Federal Aviasiya Administrasiyası və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.