Çinin əhalisi azalmaqda davam edir - STATİSTİKA

Çinin əhalisi azalmaqda davam edir - STATİSTİKA

Çinin əhalisi 2022-ci ildə başlayan uzunmüddətli azalma tendensiyasını davam etdirərək 2023-cü ildə təxminən 2 milyon nəfər azalıb.

 

Sfera.az xəbər verir ki, Çinin Milli Statistika Bürosunun məlumatına görə, 2022-ci ildə 1 milyard 411 milyon olan əhali 2023-cü ildə 1 milyard 409 milyona nəfərə qədər azalıb. Ölkə əhalisi 1960-cı illərin əvvəllərindəki quraqlıq və qıtlıq illərindən bəri ilk dəfə 2022-ci ildə azalmaya məruz qalıb. Həmin il ölkə üçün əhalinin uzunmüddətli azalması tendensiyasının başladığı il olub. 

 

Ölkədə 2023-cü ildə 9,02 milyon körpə doğulub ki, bu da 2022-ci il ilə müqayisədə 5,6 faiz azdır. 2023-cü ildə ölkədə ölüm sayı 11,1 milyon təşkil edib.

 

Ekspertlərin fikrincə, Çin əhalisi tədricən qocalmaq və əmək qabiliyyətli fərdlərinin payının getdikcə azalması ilə müşahidə olunan uzunmüddətli demoqrafik dəyişikliklə üz-üzədir. 2016-cı ildən bəri artım tempinin aşağı düşdüyü Çində qarşıdakı illərdə əhalinin daha sürətlə azalacağı ehtimal edilir.

 

Hökumət 1980-ci illərdən bəri həyata keçirdiyi “bir uşaq” siyasətindən imtina edərək, ilk olaraq 2016-cı ildə uşaq sahibi olmaq limitini 2-yə qaldırmışdı. Daha sonra isə 2021-ci ildə ailələrin 3 uşaq sahibi olmasına icazə verən qanun dəyişikliyi qəbul edildi. Ailələri uşaq sahibi olmağa təşviq edən addımlara baxmayaraq, yeni nəsil insanlar iqtisadi inkişafın yavaşlaması, yaşayış və uşaq böyüdülməsi xərclərinin artması səbəbindən uşaq sahibi olmaqda tərəddüd edirlər.

 

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin dərc etdiyi analitik hesabata əsasən, Hindistanda rəsmi siyahıyaalınma olmasa da bu il ölkə əhalisinin 1 milyard 425 milyona çatdığı və Çini keçdiyi bildirilib.

 

BMT-nin "Dünya əhalisinin artım gözləntiləri 2023" hesabatında Çin əhalisinin 2023-cü ildə “mütləq azalma dövrünə” girəcəyi, Hindistan əhalisinin isə artmağa davam edəcəyi və əhali sıxlığına görə dünyanın birinci ölkəsi olacağı proqnozuna yer verilmişdi. 


Hesabatda qeyd olunub ki, Çin əhalisinin sayı 2050-ci ildə 1 milyard 317 milyona, əsrin sonunda isə 766 milyona düşəcək.


Əzizə
 


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...