Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Perunun Barranka şəhərinin kənarında Polşa və Peru alimlərindən ibarət bir qrup bu yaxınlarda maraqlı tariximizə işıq salan arxeoloji abidə aşkar ediblər.
 

Sfera.az bildirir ki, Perida tədqiqat qrupu bəzəkli parçaya bükülmüş 22 mumiya aşkar ediblər.


Onlardan 16-sı uşaqlara və yeni doğulmuş körpələrə məxsusdur. Hamısı Kolumbdan əvvəlki dövrə aiddir.
 

Keçən il komanda eramızdan əvvəl 3-cü minilliyə aid dağılmış dəfn yerlərini aşkar edib. Bu il Milli Akademik Mübadilə Agentliyinin dəstəyi ilə hər biri parça və bitki materialına bükülmüş, arxeoloqların dəfn bağları adlandırdıqları 22 bütöv cəsəd aşkar edilmişdir.
 

Qəbirlərdən birində tapılan mərhum And adətinə uyğun olaraq parçaya bükülüb.
 

Tapıntılar arasında 6 dəfn böyüklərə, yaxınlıqda tapılan 16 dəfn isə müxtəlif yaşlarda olan uşaqlara aid olub. Maraqlı olan təkcə uşaqların sayı deyil, həm də onların düzülüşüdür.


Uşaq bağlamaları eyni dərinlikdə tapılıb və üfüqi şəkildə yerləşdirilib. Bunun əksinə olaraq, böyüklərin cəsədləri dik vəziyyətdə, oturmuş kimi olub.
 

Körpə ölümünün yüksək olması adi hal olsa da, uşaqların dəfn olunma tərzi suallar doğurur.
 

"Demək olar ki, bütün uşaqlar sadəcə olaraq bu yerdə basdırılıb. Hələ də çaşqınlıq yaradan, bunların hamısının 2 yaşından böyük olmayan uşaqlar olmasıdır"- deyə tədqiqat rəhbəri Majczak bildirir.
 

Qrup 20 kvadratmetrlik kiçik bir sahəni araşdıraraq, içərisində yeni doğulmuş körpə olan bir körpə cəsədini açıb. Daha iki paket skan edilərək, bir böyük və yeni doğulmuş uşaq aşkar edilib.


Artıq açılmış paketlərin parçalarında mürəkkəb həndəsi naxışlar olub. Hələ açılmamış olanlarda arxeoloqlar heyvanların və tanrıların təsvirlərini tapmağa ümid edir. Tədqiqatçılar bir neçə torbada qarğıdalı qabığı və naməlum bitki materialları tapdılar ki, bu da vəfat edənlərin ölümdən sonrakı həyatda qidalanmasına inandığını göstərir.
 

Tədqiqat qrupu digər dəfnləri təhlil etməyi planlaşdırır. Onlar ilkin olaraq eramızın 1000-1100-cü illərinə aid edilir və radiokarbon tarixləri bu təxminləri təsdiqləyəcək.
 

Kompüter tomoqrafiyası antropoloji analizi, sonrakı mərhələlərdə isə kimyəvi və izotopik analizləri asanlaşdıraraq yerli əhalinin yaşam tərzi və bu sirli dəfnlərlə bağlı adət-ənənələri daha yaxşı başa düşməyə imkan verəcək.


Aynil


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...