Bəy toy günü gəlinə \"yox\" dedi

Bəy toy günü gəlinə \

33 yaşlı öküz döyüşçüsü Xuan Orteqa öz toyuna gəlməyərək qohumlarını və dostlarını şoka salıb.
 

Sfera.az bildirir ki, qalmaqaldan sonra gəlin evə gedərək sosial şəbəkələrdəki bütün hesabları silib. Ailəsi onun mənəvi cəhətdən məhv olduğunu deyir.
 

Toy ötən şənbə, dekabrın 2-də İspaniyanın cənubundakı Xeres de la Fronterada baş tutmalı idi. Şənliyə 500-ə yaxın insan dəvət olunub. Bəy gəlinə zəng edərək, ona "yox" deyib. Hər şey tam hazır vəziyyətdə, qonaqlar kilsənin qarşısında dayanaraq nigah mərasimini gözləyiblər. Bu zaman WhatsApp vasitəsilə mərasimin ləğv edildiyi barədə mesaj gəlib.
 

Gəlin, 33 yaşlı kardioloq Karmen Otte, sevdiyi adamın hərəkətindən şoka düşüb. Qalmaqaldan sonra qadın evə gedərək bütün sosial media hesablarını silib.



Gəlinin atası bəydən toy mərasiminin təşkili və keçirilməsi xərclərini ödəməyi tələb edəcəyini bildirib. O, ironiyasız olaraq əlavə edib ki, öküzdən qorxmayan öküz döyüşçüsü evlənməkdən qorxur.
 

 

Qaçaq kürəkən özü indi Sevilyadakı evində, yaxınlarının əhatəsindədir. Heç kimlə ünsiyyət qurmaq istəmir.

 

Toydan bir neçə həftə əvvəl bəyin yaxınları qəribə bir səhnəyə şahid olub. Kişi birdən-birə qışqırıb: "Mən özümü bu işdə görmürəm! Özümü görmürəm."
 

Ancaq qohumları və Karmenin özü bunun evlilikdən əvvəl tipik bir narahatlıq olduğunu düşünüb.
 

Xuan və Karmen son 10 ildə münasibətdə olub. Xuan hələlik bu hərəkətinə münasibət bildirməyib.


Aynil

 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...