83 yaşlı Çak Norris yeni döyüş filmindən kadrları nümayiş etdirdi
Əfsanəvi 83 yaşlı amerikalı döyüş filmlərinin aparıcı aktyoru Çak Norris 10 il fasilədən sonra yenidən filmdə görünüb. Aktyor rol aldığı yeni döyüş filmindən fotoları İnstaqram səhifəsində yayımlayıb.
Sfera.az bildirir ki, yaşının çox olmasına baxmayaraq, Çak filmlərdə rol almağa davam edir.
“Agent Recon” adlı elmi-fantastik film 2024-cü ildə ekranlara çıxacaq. Filmdə Komandir Aleyster rolunu 83 yaşlı Çak Norris canlandıracaq. Ssenariyə görə, ona Nyu-Meksikoda gizli hökumət missiyası verilib. Təbii ki, bunu yerinə yetirmək o qədər də asan olmayacaq. Bu missiyanın məqsədi bazada aşkar edilmiş anomal enerji fenomenini aşkar etməkdir.
Missiya zamanı qeydə alınan anomaliyanın gözləniləndən qat-qat təhlükəli olduğu üzə çıxır.
Qeyd edək ki, Çak Norrisə filmdə “Ox” filmindəki rolu ilə tanınan 75 yaşlı Mark Singer də qatılacaq. Bu filmdə o, elit dəstəyə rəhbərlik edən polkovnik rolunu oynayacaq. Həmçinin aktyor heyətinə daha əvvəl “Agent of the Apocalypse” filmində rol almış Derek Tinq də qoşulur. Bu dəfə o, xüsusi qabiliyyətə malik əsgər rolunu alıb. Filmdə aktyor heyəti həmişə olduğu kimi bəşəriyyətin varlığına təhlükə törədən yeni maneə ilə qarşıdurma nümayiş etdirəcək.
Onu da qeyd edək ki, filmdəki döyüş səhnələrimdən bəzilərinin xoreoqrafiyası Çak Norrisin oğlu Drakotaya məxsusdur.
Aysel
Sfera.az