ABŞ Ukraynaya maliyyə yardımını dayandırır? – Baydendən AÇIQLAMA

ABŞ Ukraynaya maliyyə yardımını dayandırır? – Baydendən AÇIQLAMA

Son zamanlar Ukraynaya ayrılan maddi yardımların dayandırılacağı barədə müzakirələr aktuallaşıb. Bu baxımdan, ABŞ-nin Kiyevə dəstəyini dayandırması ehtimalı dünya mediasının gündəmindədir.

 

Sfera.az bildirir ki, bu barədə Ağ Ev rəhbəri Co Bayden açıqlama verib. O, bununla bağlı xüsusi müraciət edib. 

 

“Vaşinqton maliyyə yardımı etməsə, digər müttəfiqlərin də Ukraynaya dəstək verəcəyi sual altına düşəcək”, deyə Bayden öz narahatlığını dilə gətirib.

 

“Bütün dünya ABŞ-nin nə edəcəyini izləyir. Biz Ukraynanı dəstəkləməsək, dünyanın qalan hissəsi nə edəcək? Yaponiya nə edəcək? G7? NATO müttəfiqlərimiz kontekstində nə baş verəcək?”, deyə Ağ Ev rəhbəri sual edib.

 

Qeyd edək ki, ABŞ Konqresi oktyabrın 25-də Nümayəndələr Palatasının yeni sədri Mayk Consonun seçilməsindən sonra Kiyev rejiminə vahid yardım paketi ilə bağlı razılığa gəlməyib. Çexiya artıq öz təhlükəsizliyinə təhdid olduğuna görə Ukraynaya silah tədarükünü dayandırıb. Slovakiya hakimiyyəti də oxşar qərar qəbul edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...