Quterreş BMT Təhlükəsizlik Şurasına məktub göndərdi - Qəzzaya görə

Quterreş BMT Təhlükəsizlik Şurasına məktub göndərdi - Qəzzaya görə

BMT-nin baş katibi Antonio Quterreş Qəzza ilə bağlı səlahiyyətlərindən istifadə edib.

 

Sfera.az xəbər verir ki, Quterreş Qəzzada humanitar fəlakətin qarşısının alınması üçün Təhlükəsizlik Şurasına məktub göndərib. Baş katibin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında sözügedən məktubu təqdim edib:

 

“Qəzzada mülki əhali böyük təhlükə altındadır. Qəzza insanları qorumaq üçün təhlükəsiz yer deyil və burada səhiyyə sistemi çöküb. Təhlükəsizlik Şurası üzvlərini humanitar fəlakətin qarşısını almaq və humanitar atəşkəs elan edilməsi üçün köməyə çağırıram”.

 

Quterreş humanitar atəşkəsin Qəzzadakı insanların həyatını xilas edə biləcəyini, yardımların vaxtında və təhlükəsiz şəkildə çatdırıla biləcəyini qeyd edib.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...