Çində MÜƏMMALI ÖLÜMLƏR - Məmurlar təşvişə düşüb…

Çində MÜƏMMALI ÖLÜMLƏR - Məmurlar təşvişə düşüb…

 

 

Son zamanlar Çində baş verən müəmmalı ölümlər gündəm olub.

 

Sfera.az bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu paylaşım edib. Qərb və Rusiya mətbuatında yayılan xəbərlərə görə, Çinin xarici işlər naziri Sin Qan ya işgəncə nəticəsində ölüb, ya da özünə qəsd edib:

 

“Bu, Çində siyasi xadimlərdən birinin növbəti müəmmalı ölüm faktıdır. Bundan əvvəl keçmiş baş nazir Li Ketsyanın evində cansız bədəni aşkarlanmışdı. Sin Qan çox az müddət ərzində xarici işlər naziri vəzifəsində çalışıb, onu 2023-cü ilin yayında qəfil istefaya göndəriblər. O, istefadan əvvəl yoxa çıxıb, bir sıra rəsmi görüşləri ləğv olunub. Qərb mətbuatının yazdığına görə, Sin Qanın Böyük Britaniyada təhsil alan çinli xanım tələbədən nigahdankənar övladı olub. Doğulan körpənin isə ABŞ vətəndaşlığı barədə xəbərlər yayılıb. Bu xəbərin yayılması Pekində qalmaqala səbəb olub. Ona görə də Çin rəhbərliyi Sin Qanın siyasi karyerasına son qoymağa qərar verib”.

 

Ekspert xatırladıb ki, Sin Qanın ölkənin keçmiş hərbi rəhbərliyi ilə korrupsiya əlaqələri barədə də xəbər yayılıb:

 

“Ondan sonra Çinin müdafiə naziri və bir çox güc naziri də istefaya göndərilib. Yüksək rütbəli hərbçilər korrupsiya əməllərindən günahkar biliniblər. Onları da sakitcə vəzifələrindən uzaqlaşdırıblar. Bundan sonra keçmiş müdafiə naziri Li Şanfu da yoxa çıxıb. Onun sonrakı taleyi barədə məlumat yoxdur. Daha bir şübhə ondan ibarətdir ki, Çinin keçmiş nazirləri ölkənin nüvə silahları və raket qüvvələri haqqında məxfi məlumatları Qərb ölkələrinin kəşfiyyat xidmətlərinə ötürürmüşlər.  Qərb ekspertləri Çində baş verən müəammalı ölümlərin hakimiyyətdə təmsil olunan digər siyasi xadimləri qorxutduğunu bildirirlər. Hakimiyyətin siyasi kursu ilə razılaşmamaq təhlükəlidir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...