Üç illik səyahətə görə evini satıb kruiz gəmisinə bilet aldı - FOTO

Üç illik səyahətə görə evini satıb kruiz gəmisinə bilet aldı - FOTO

ABŞ-ın Florida ştatından olan keçmiş stüardessa Meredith Shay evini sataraq üç illik səyahət üçün (“Life at Sea Cruises”) bilet alıb. Yeddinci mərtəbədəki kabinədəki yer qadına 562 min dollara başa gəlib. Təəssüf ki, bu ilin noyabrında gözlənilmədən uçuş təxirə salınıb.
 

Sfera.az bildirir ki, dünya turu iki dəfə təxirə salınıb. Noyabrın 17-də Life at Sea kruizi rəsmi olaraq ləğv edildiyini sərnişinlərə bildirib.


Kruiz ilkin olaraq noyabrın 1-də Türkiyənin İstanbul şəhərindən yola düşməli idi. Səyahət yeddi qitəni, 135 ölkəni və 375 limanı əhatə etməyi nəzərdə tuturdu.
“Life at Sea” sərnişinlərə belə uzun səyahətə gəmi olmadığı üçün rəsmi olaraq ləğv edildiyini bildirib.


"Mən Namibiyanı və Seyşel adalarını ilk dəfə görmək istəyirdim. Mənim üçün böyük bir üstünlük yemək bişirmək məcburiyyəti olamaması idi. Səyahətin ləğv olunduğunu biləndə 12 saat məhv oldum. Hətta özüm üçün bir yas gecəsi keçirdim” - deyə Şey müsahibəsində bildirib.


Amerikalı artıq çamadanlarını qismən yığıb: o, yay köynəkləri, həmçinin dəniz həssaslığına qarşı həblər və vitaminlər alıb.


“Life at Sea” kruizinin təşkilatçıları sərnişinlərdən üzr istəyib və yaxın vaxtlarda biletlərin pulunu qaytaracaqlarına söz veriblər. Qadının məhkəməyə müraciət edib-etməyəcəyi hələlik məlum deyil.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qışqıran mumiya - Misir tarixindəki ən böyük anomaliyalardan biri

Qədim Misir dəfn yerləri haqqında düşünəndə ağlımıza əzəmət və dəbdəbə gəlir: fironlar və zadəganların mumiyalanmış qalıqları ilə bəzədilmiş sarkofaqlar. Bununl...

Qoruqdan qaçan 200 keçi şəhəri iflic edib - VİDEO

Amerikanın Arlinqton şəhərində (Texas) qeyri-adi hadisə baş verib. 200-ə yaxın keçi Kristal Kanyon Təbiət Qoruğundakı mühafizədən qaçaraq kəndin küçələri ilə gə...

İsrail müvəqqəti atəşkəslə razılaşdı

İsrail Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanı qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə AP məlumat yayıb. ...

Hacıqabul gölü ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hacıqabul gölünün bərpası ilə bağlı təkliflər hökumətə təqdim edilib”.   Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya k...

“Eurovision”da siyasət izi - İslandiya Fələstinli ilə təmsil oluna bilər

Fələstinli pop müğənni Bəşər Murad may ayında keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində İslandiyanı təmsil edə bilər. Sfera.az bildirir ki, ...

BMW ilə avtoxuliqanlıq edən şəxs “Nikosayağı”nın qohumu imiş - VİDEO

Gəncə şəhərində BMW markalı avtomobillə avtoxuliqanlıq edən sürücü sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin qohumu im...