Rusiyalı general-mayor Ukrayna müharibəsində həlak oldu

Rusiyalı general-mayor Ukrayna müharibəsində həlak oldu

Rusiyanın Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadski Ukraynadakı müharibə əməliyyatları zamanı həlak olub.

 

Bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev özünün “Telegram” kanalında paylaşım edib.

 

“Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski müharibə zonasında döyüş postunda həlak olub. 2021-ci ilin avqust ayına qədər o, Voronej vilayətinin sakinlərinin xüsusi rəğbətini qazanmış Qırmızı Bayraqlı 4-cü Qvardiya Kantemirov Tank Diviziyasına komandirlik edib”, - deyə o, paylaşımda qeyd edib.

 

Qusev, həmçinin Zavadskinin ailəsinə və yaxınlarına başsağlığı verib.


OXŞAR XƏBƏRLƏR

"Tramp prezident seçilsə, ikinci variantı seçəcək, bu da Ukrayna üçün..." - AÇIQLAMA

“Prezident seçkilərində qalib gələndən az sonra, Rusiya ilə Ukrayna arasındakı dəhşətli münaqişəni həll edəcəyəm”.    Sfera.az xəbə...

"Təcrübəçilər alyansı yaradılsın" - Alixan Baimenovdan TƏKLİF

"Texnologiyanın inkişafı çoxsaylı imkanlar açır".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən “Dövlət qulluğunda səriştə əsaslı ...

"4,2 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib" - Kamran Əliyev

“Ekoloji hüquqpozmalarla bağlı 4 il ərzində 4,2 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib”.   Sfera.az bildirir ki, bunu B...

Bu gün 4 rayonda qaz kəsiləcək

Bakının Sabunçu, Xətai, Nərimanov və Qaradağ rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan qaz təch...

Dövlət qulluğunu ilə bağlı beynəlxalq seminar keçirilir - FOTO

24 – 25 iyun 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu üzrə Astana Regional Xabın birgə təşkilatçılığı ilə Bakı şəhərində “Dö...

Silahlı insident zamanı həlak olan polislərin adları AÇIQLANDI - SİYAHI

Ötən gecə Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşlarının kimliyi məlum olub.   Sfera.az xəbər verir ki, onlar polis kapi...