ABŞ-də silah istehsalının sürəti zəifdir - PENTAQON

ABŞ-də silah istehsalının sürəti zəifdir - PENTAQON

ABŞ müdafiə sənayesi hərbi istehsal ehtiyaclarını tam qarşılamaq üçün tələb olunan möhkəmliyə malik deyil.

 

Sfera.az "Politico"ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun ABŞ müdafiə sənayesi ilə bağlı dərc olunmamış hesabat layihəsində deyilir.

 

Sənəddə deyilir: “Ənənəvi müdafiə podratçıları tələb olunan sürət, miqyas və çevikliyə cavab verməli olacaqlar”.

 

Hesabatda qeyd edilir ki, ABŞ dünyanın ən yaxşı silahlarını istehsal edir, lakin bunu kifayət qədər sürətlə edə bilmir.

 

Nəşr vurğulayır ki, Amerika müdafiə sənayesi yüksək texnologiyalı silah yarışında Çinlə rəqabət üçün əlindən gələni edir, lakin ÇXR son 30 ildə gəmiqayırma, minerallar və mikroelektronika sahəsində qlobal sənaye gücünə çevrilib. Çin sənayesi yalnız ABŞ-nin deyil, həm də əsas Avropa və Asiya müttəfiqlərinin imkanlarını böyük ölçüdə üstələyir.

 

Qarşıdakı həftələrdə isə yeni milli müdafiə sənayesi strategiyasının açıqlanması gözlənilir. Yeni strategiyaya əsasən, ənənəvi şirkətlər yeni texnologiyaların işlənib hazırlanmasında daha sürətli hərəkət etməlidirlər.


OXŞAR XƏBƏRLƏR

Şirkət rəhbərinə bu səbəbdən cinayət işi AÇILDI

"Best-Tarım" Qapalı Səhmdar Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair müraciət əsasında Sabirabad rayon prokurorluğunda a...

Ceyhun Bayramov Toivo Klaar ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.   Xİ...

"TikTok"dan Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni layihə

TikTok Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə start verir.   TikTok Azərbaycan Respublikası Mədəniyyə...

“Google” şirkəti istifadəçilərindən üzr istədi - SƏBƏB

“Google” şirkəti istifadəçilərindən üzr istəyib.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, “Google”un süni intellekt ...

Navalnının arvadı ilə bağlı QƏRİBƏ İDDİA: “İllərdir, bunu gözləyirdi...” 

Rusiyanın müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya barədə iddia irəli sürülüb.   Sfera.az bildirir ki, Rusiya Təhlükəsizli...

“Apple”dan “iPhone” 15-lə bağlı AÇIQLAMA: "Səhv etmişik, əslində..."

“Apple” şirkəti “iPhone” 15 modeli ilə bağlı qənaətinin səhv olduğunu açıqlayıb.  Sfera.az xəbər verir ki, bu modeldən olan te...