Vahid Ələkbərovun sərvəti artdı

Vahid Ələkbərovun sərvəti artdı

İlin əvvəlindən ən zəngin rusiyalı milyarderlərin ümumi sərvəti 38,575 milyard dollar artıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. 

 

“LUKOIL” şirkətinin təsisçisi Vahid Ələkbərovun sərvəti 9,14 milyard dollar artıb.

 

Ən zəngin rusiyalı milyarder isə “Norilsk Nikel”in əsas sahiblərindən biri Vladimir Potanin olub. İlin əvvəlindən onun sərvəti 2,11 milyard dollar artaraq 30,7 milyard dollara çatıb.

 

İkinci yerdə NOVATEK-in sahibi Leonid Mixelson qərarlaşıb. Onun sərvəti 2,71 milyard dollar artaraq 27,3 milyard dollara çatıb.

 

Vahit Ələkbərov isə üçüncü yerdədir. Onun sərvəti 9,14 milyard dollar artaraq 24,5 milyard dollar olub. 

 

Dördüncü yerdə sərvəti 3,07 milyard dollar artaraq 22,9 milyard dollara çatan NLMK benefisiarı Vladimir Lisin, beşinci yerdə isə Əlişir Usmanov (“Metalloinvest” və “Megafon”) qərarlaşıb. Onun sərvəti 1,87 milyard dollar artaraq 20,3 milyard dollara çatıb.

 

6-cı yerdə “Severstal”ın benefisiarı Aleksey Mordaşov qərarlaşıb. Onun sərvəti 618 milyon dollar artaraq 19,3 milyard dollara çatıb.

 

Yeddinci yeri Eurochem və SUEK-in keçmiş benefisiarı Andrey Melniçenko tutur. Onun sərvəti 4,03 milyard dollar artaraq 17,2 milyard dollara çatıb.

 

Mixail Proxorov (Oneksim) doqquzuncu yerdən səkkizinci yerə yüksəlib. İlin əvvəlindən onun sərvəti 1,81 milyard dollar artaraq 15 milyard dollara çatıb.

 

NOVATEK və Sibur-un ortaq sahibi Gennadi Timçenko 9-cu yerə düşüb, sərvəti ilin əvvəlindən 2,69 milyard dollar artıb və 14,5 milyard dollar olub. 

 

Onuncu yerdə "Alfa Group"un təsisçisi Mixail Fridmandır. Onun sərvəti 652 milyon dollar artaraq 12 milyard dollara çatıb.

 

Sanksiyalara görə ən çox sərvət itirən “Polyus”un keçmiş ortağı Süleyman Kərimov olub. Onun sərvəti ilin əvvəlindən 650 milyon dollar azalaraq 8,34 milyard dollara düşüb.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...