Çində yayılan yeni virus Avropaya çatdı - Bu ölkədə xəstələrin sayı durmadan ARTIR

Çində yayılan yeni virus Avropaya çatdı - Bu ölkədə xəstələrin sayı durmadan ARTIR

Çində sürətlə yayılan yeni virus Avropaya da çatıb.

 

Sfera.az bildirir ki, Hollandiyanın Utrext şəhərinin səhiyyə rəsmiləri uşaqlar arasında xəstəlik nisbətlərinin artması barədə xəbərdarlıq ediblər.

 

Hollandiya Sağlamlıq Araşdırmaları İnstitutu gözləniləndən daha çox xəstə qeydə alıb. Yoluxanların əsas hissəsi isə 5-14 yaş arası uşaqlardır.

 

Mövcud məlumatlara görə, təxminən hər 100 min uşaqdan 103-nə bu diaqnoz qoyulur.

 

Reading Universitetinin professoru İan Consun sözlərinə görə, bu, Çindəki xəstəliklərlə eyni vaxtda baş verən yerli mövsümi epidemiya da ola bilər.



Xatırladaq ki, yeni virus səbəbindən Pekindəki xəstəxanalar pnevmoniya diaqnozu qoyulan xəstələrlə doludur. Beynəlxalq Yoluxucu Xəstəliklər Cəmiyyəti (ProMED) artıq naməlum ştammın yayılmasını epidemiya kimi təsnif edib.İnfeksion xəstəliklər üzrə mütəxəssis Nil Stoun qeyd edir ki, xəstələnən bəzi insanlarda heç bir simptom, hətta öskürək belə olmur.Ümumdünya Səhiyyə Təşkilatı yeni virus haqqında məlumatlı olduğunu təsdiqləyib və epidemiya haqqında Çindən ətraflı məlumat tələb edib.ÜST nümayəndələri Çin sakinlərinə riski azaltmaq üçün profilaktik tədbirlərə riayət etməyi tövsiyə edib.

 

Aynil Camal
 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...