Çin Afrikanı tədricən “işğal” edir

Çin Afrikanı tədricən “işğal” edir

Beynəlxalq hesabatlara görə, Çin 2030-cu ilə qədər Avropa İttifaqını (Aİ) geridə qoyaraq Afrikanın ən böyük ticarət tərəfdaşı olacaq.

 

Sfera.az xəbər verir ki, hazırda Çin Afrika ölkələri ilə ümumi ticarət əməliyyatlarının həcminə görə Aİ, ABŞ və Rusiyadan sonra dördüncü sıradadır.

 

Çin və Afrika arasında ikitərəfli ticarət 2021-ci ildə 2020-ci ilə nisbətən 35 faiz artaraq 254 milyard dollar çatıb. Bunun 106 milyard dolları Afrikadan Çinə ixracdan ibarətdir. 2022-ci ikdə isə xarici ticarət dövriyyəsi daha 11 faiz artaraq 282 milyard dollar olub.

 

Çinlə Afrika ölkələri arasında ticarətin böyüməsinə bu qitəyə qoyulan sərmayənin böyük rolu var. Yalnız 2020-2021-ci illərdə Çin şirkətlərinin qitəyə qoyduğu sərmayə təxminən 53,5 milyard dollar olub.

 

Çinin 2000-ci ildən bəri Afrikaya idxalı 1,2 trilyon dollar olduğu halda, ixracı 1,27 trilyon dollar təşkil edib. Bu illər ərzində 3500-dən çox Çin şirkəti Afrikaya sərmayə qoyub. Hazırda Afrikadakı şirkətlərdə yerli işçilərlə yanaşı, 200 mindən çox çinli də çalışır.

 

Çin qitədə tikinti, mədənçıxarma, nəqliyyat və enerji sahələrində ən böyük investora çevrilib və 2020-ci ildə Afrikadakı infrastruktur layihələrindən 24 milyard dollardan çox gəlir əldə edib. Afrikada avtomobil yolları, dəmir yolları və elektrik enerjisi istehsalı obyektləri layihələrinin 25 faizi Çin kapitalı ilə tikilir.

 

2000-ci illərdə Çinin qitəyə verdiyi kreditlər sürətlə artıb. Bunun nəticəsində Afrika ölkələrinin xarici dövlət borcunda Çinin payı 2005-ci ildə olan 2 faizdən 2021-ci ildə 17 faizə yüksəlib.

 

Çin 35 Afrika ölkəsinin infrastruktur layihələrində iştirak edir. Çin şirkətləri təkcə Afrikada böyük infrastruktur tikintilərində deyil, həm də neft, minerallar, enerji, təbii daşlar və metallar, mis, dəmir və kənd təsərrüfatı məhsullarının idxalında əhəmiyyətli paya malikdir.

 

Enerji Çin-Afrika xarici ticarətində önə çıxan sektorlardan biridir. Çin enerji ehtiyacının 25 faizini Afrikadan təmin edir. Çinin Afrikadan enerji idxalında əsas ölkələr arasında Anqola, Nigeriya və Mozambik mühüm mövqelərə malikdir. Çin enerji ehtiyatlarının, təbii daşların və mineralların yarısını bu ölkələrdən idxal edir.

 

Çin Afrikada çoxlu limana da sahibdir. 2000-ci ildən indiyə qədər bu qitədə 100 liman inşa olunub. Bundan başqa Çin indiyədək Afrikada 10 min kilometrdən çox dəmir yoluna və 100 min kilometrdən çox yol infrastrukturuna sərmayə qoyub.

 

2020-ci ildə Afrikada dəyəri 50 milyon dollardan çox olan tikinti layihələrinin 31 faizi məhz Çin tərəfindən maliyyələşdirilib.

 

Beynəlxalq maliyyə qurumları hesab edir ki, bu əməkdaşlıq hesabına Çin qısa müddət sonra Afrikanın əsas ticarət tərəfdaşına çevriləcək.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...