“Putinin yalanını həqiqətə çevirmək lazımdır” - Britaniyalı siyasətçidən Ukrayna ilə bağlı TƏKLİF

“Putinin yalanını həqiqətə çevirmək lazımdır” - Britaniyalı siyasətçidən Ukrayna ilə bağlı TƏKLİF

Böyük Britaniyadan olan siyasətçi və iş adamı Maykl Eşkroft Rusiyaya qarşı müharibədə Ukraynanın çətin vəziyyətlə üzləşdiyini düşünür.

 

Sfera.az xəbər verir ki, bir neçə dəfə Ukraynaya səfər edən, burada yerli əhali və ictimai xadimlərlə görüşən Eşkroft öz qənaətini “The Telegraph”da dərc edilən məqaləsində bölüşüb.

 

Keçmiş britaniyalı siyasətçi hesab edir ki, Rusiya üzərində tam qələbənin əldə edilməsi üçün Ukrayna hökmən NATO-ya üzv olmalıdır, yaxud Ukrayna NATO silahları ilə tam təchiz edilməlidir. Onun fikrincə, əks halda müharibə uzun və yorucu olacaq ki, bu da ukraynalıları torpaq itkisi ilə barışmağa vadar edəcək:

 

“Əgər Qərb Kiyevin tezliklə alyansa qoşulmasının lazım olduğunu görməsə, Ukrayna qanlı dalana dirənəcək və nəticə daha da pis olacaq. Vladimir Putin və onun yaxınları tərəfindən səsləndirilən ən çox yayılmış yalanlardan biri budur ki, guya Rusiya faktiki olaraq NATO ilə müharibə aparır. Bu yalan Rusiya dövlətinin döyüşdə həlak olan əsgərin ailəsi qarşısında özünü müdafiə imkanlarını yaxşılaşdırır. Rusiyanın istifadə etdiyi yalanı həqiqətə çevirmək lazımdır. Ukrayna çox təəssüf ki, NATO üzvü deyil, baxmayaraq ki, o, Sovet İttifaqının dağılmasından üç il sonra, 1994-cü ildən bəri NATO-nun “tərəfdaşıdır”. Əgər o, NATO-nun tam üzvü olsaydı, Rusiya çətin ki, Ukraynanı işğal etməyə çalışardı”.

 

Eşkroft Ukraynanın baş komandanına istinadən qeyd edib ki, müharibə artıq dalana dirənib: “Bu ayın əvvəlində baş komandan, general Valeri Zalujnıy 21-ci ayını tamamlayan müharibəyə real qiymət verib. O, münaqişənin bir qədər dalana dirəndiyini və “statik döyüş” mərhələsinə doğru irəlilədiyini iddia edib.

 

İndi nə etmək lazımdır?

 

Mən müharibə başlayandan bəri Ukraynaya beş dəfə səfər etmişəm. Səfər zamanı vaxtımın çoxunu cəbhə xəttinə yaxın şəhər və qəsəbələrdə keçirmişəm, çoxlu ukraynalıların, hərbi komandirlərin və mülki şəxslərin fikirlərini dinləmişəm. Ukraynalıların arzusu odur ki, Qərb, xüsusən də ABŞ onlara qalib gəlmək üçün “F-16” qırıcıları və digər yüksək texnologiyalı silahlar versin.

 

Vəziyyət göstərir ki, mövcud şərtlərlə ukraynalılar uzun müddət müqavimət göstərə bilməyəcək. Ukraynalılar tərəfindən danışılan iki bədbin ssenari var. Birinci ssenariyə görə, Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsindən imtina edərək kapitulyasiyanı qəbul edirlər. Bu variantda daha çox insanın həyatını xilas etmək mümkün olur. Ukraynalıları daha az cəlb edən ikinci ssenari müharibənin on il və ya daha çox davam etməsidir. Onların fikrincə, uzun müddət davam edəcək müharibə Rusiyanın xeyrinə olacaq. Çünki uzun müddət davam edən müharibə Ukrayna əhalisinin daha çox azalmasına səbəb olacaq. 2014-cü ildə münaqişə başlayanda Rusiyanın 148 milyon, Ukraynanın 44 milyon əhalisi var idi. Hazırda Ukrayna əhalisi 40 milyona enib.

 

Beləliklə, uzun sürən müharibədə daha çox canlı qüvvə tələb edir ki, bu da Rusiyaya yavaş-yavaş üstünlük əldə etməyə imkan verəcək. 

 

Buna görə də üçüncü variant nəzərdən keçirilməlidir. Qərb Ukraynanı hərbi cəhətdən daha böyük qüvvə ilə dəstəkləməlidir. Bunun üçün Ukrayna NATO üzvlüyünə qəbul edilməlidir. Bu ilin iyulunda NATO razılaşdı ki, Ukraynan Üzvlük Fəaliyyət Planı prosesini tamamlamaq məcburiyyətində deyil. Bu o deməkdir ki, Ukraynanın üzvlük yolu “bir addımlıq proses” olacaq, yəni müttəfiqlər razılaşdıqda Ukrayna NATO-ya qısa müddətdə üzv olacaq”.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...