Mətbəxdən tapılan 26 milyon dollarlıq əsər Luvr muzeyinə qaytarıldı - FOTO

Mətbəxdən tapılan 26 milyon dollarlıq əsər Luvr muzeyinə qaytarıldı - FOTO

Fransa hökuməti dörd ildən sonra “milli xəzinə”sini ölkəyə qaytarıb.

 

Sfera.az bildirir ki, bu barədə “Wionews” məlumat yayıb. Qeyd olunub ki, mətbəxdən tapılan 26 milyon dollarlıq əsər Luvr muzeyinə yerləşdirilib. Sözügedən əsər dörd il sonra kolleksiyaya daxil olunub.

 

Məlumata görə, Florensiyalı rəssam Cimabue tərəfindən yaradılan əsər 2019-cu ildə Kompcene şəhərində yaşlı bir qadının evinin təmizlənməsi zamanı tapılıb. Qadının yunan dini simvolu olduğuna inandığı nadir sənət əsəri onun mətbəxində divardan asılıbmış. O, əsərin haradan gəldiyindən xəbərsiz olduğunu söyləyib. 1280-ci ilə aid olan tablo 2019-cu ilin oktyabrında keçirilən hərracda təxminən 24,2 milyon avroya (26,8 milyon dollar) alınıb.

Fransa hökuməti onun ixracını əngəlləmək üçün tədbirlər görüb və rəsmə “milli xəzinə” statusu verib. Bunun nəticəsində kiçik, amma nadir olan tablo 30 ay ərzində ölkədə saxlanılıb və həmin dövrdə rəsmin alınması üçün hökumət tərəfindən vəsait toplanıb. Fransanın mədəniyyət naziri Rima Əbdül Malak və Luvr Muzeyinin direktoru Laurens des Kars rəsm əsərinin muzey kolleksiyasının bir hissəsi olduğunu elan ediblər.

 

Nazirlik bildirib ki, florensiyalı rəssamın yalnız 15-ə yaxın əsəri dünyaya məlumdur, buna görə də rəsm əhəmiyyət kəsb edən milli sərvətdir. “Luvr Muzeyinin kolleksiyasında onu daha böyük Cimabue rəsm əsəri “Maestà” müşayiət edəcək və iki əsər 2025-ci ilin yazında keçiriləcək sərginin bir hissəsi olacaq”, deyə qeyd olunub.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...