Əl-Bağdadi Mosuldan qaçdı
Dünya
16:50 / 07.11.2016
1182
İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi İraqın Mosul şəhərini tərk edib. Bu barədə məlumatı İraq ordusunun xüsusi xidmət orqanları yayıb.
Qeyd olunub ki, Əbu Bəkr Əl-Bağdadi 150 ailə ilə birlikdə hava zərbələrindən xilas olmaq üçün şəhəri tərk edib.
Şəhəri tərk etdikdən sonra Əl-Bağdadi internet vasitəsi ilə İŞİD üzvlərini şəhərdə qalmağa və son nəfəsədək döyüşməyə çağırıb. Terrorçular Əl-Bağdadinin müraciətini şəhərdə səsucaldanlarla yayımlayıblar.