Vardanyan həbsdən bir gün öncə Rusiya şirkətindəki payından imtina edib

Vardanyan həbsdən bir gün öncə Rusiya şirkətindəki payından imtina edib

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan Sankt-Peterburqda qeydiyyatdan keçmiş “Atlanta Investments” şirkətindəki payını Ermənistan vətəndaşı Artur Əmirxanyana təhvil verib.

 

Bu barədə məlumat Rusiyanın hüquqi şəxslərin dövlət reyestrində qeyd olunub.

 

Məlumata əsasən, sövdələşmə sentyabrın 26-da qeydə alınıb və görünür, həmin vaxt Vardanyan özü Xankəndidə olduğundan etibarnamə ilə həyata keçirilib.

 

Xatırladaq ki, əvvəllər o, Rusiyadakı aktivlərinin bir hissəsini həyat yoldaşı Veronika Zonabend və onun qohumunın adına keçirib. Rusiyada Vardanyanın hələ də “Kamaz”da payı var (“Avtoinvest” MMC, “Vosxod” MMC vasitəsilə, təxminən 5%).

 

Qeyd edək ki, Vardanyan 2022-ci ilin dekabrında Rusiya vətəndaşlığından imtina edib.


OXŞAR XƏBƏRLƏR

Amil Xəlilin verilişi BAĞLANDI

Aparıcısı Amil Xəlil olan "Gəl danış" proqramının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib. &...

Millətlər Liqasında gecənin nəticələr

UEFA Millətlər Liqasında ikinci turun növbəti maçları keçirilib.   Sfera.az xəbər verir ki, A Liqasında keçirilən Niderland - Almaniya matçında məhsu...

Dubay şahzadəsi ərindən boşanmasının şərəfinə ətir buraxdı - FOTO

Bu yaxınlarda əri Şeyx Mana bin Mohammed bin Radhis bin Mana Al Maktumdan boşandığını elan edən 30 yaşlı Dubay şahzadəsi Şeyxa Mahra Mohammed Rashid Al Maktoum ...

Böyük yanaq sümükləri ilə məşhurlaşan bloqqer plastik əməliyyatlarından danışdı - FOTO

Dünyanın ən böyük yanaq sümüklərinin sahibi, ukraynalı bloqqer Anastasiya Pokreşçuk sentyabrın verdiyi müsahibədə çoxsaylı plastik əməliyyatları və 15 ildən son...

Keçmiş solistin oğlu “Linkin Park”ı yeni solistə görə tənqid etdi

"Linkin Park"ın mərhum solisti Çester Benninqtonun oğlu, 28 yaşlı Ceymi Benninqton qrupun həmtəsisçisi Mayk Şinodanı atasına əvəzləyici tapdığına görə...

400 illik rəsmdəki ayaqqabılarda “Nike” loqosu sosial şəbəkələri şoka saldı

Londonda Milli Qalereyaya gələn qonaq hollandiyalı rəssamın 400 il əvvəl təsvir etdiyi ayaqqabıları bəyənib. Diqqətlə baxıb şəkildəki Nike loqosunu görəndə isə ...