Tehrandakı səfirliyimizlə bağlı İrandan açıqlama

Tehrandakı səfirliyimizlə bağlı İrandan açıqlama

İran Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcəyinə və əməkdaşların qayıdacaqlarına ümid edir.

 

Sfera.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Tehranda keçirdiyi həftəlik mətbuat konfransında deyib.

 

O bildirib ki, son zamanlar qarşılıqlı görüşlər və danışıqlar baş tutub. Hər iki ölkənin xarici işlər nazirləri telefon əlaqəsi saxlayıblar və geniş fikir mübadiləsi aparıblar.

 

“Həyata keçirilən tədbirlər uğurla başa çatdıqdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin bərpa olunacağına ümid edirik”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Nəticədə səfirliyin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb. Qatil həbs olunub, məhkəmə araşdırması aparılır.


OXŞAR XƏBƏRLƏR

ABŞ-nin dövlət büdcəsinin kəsiri KƏSKİN ARTDI – RƏQƏMLƏR

  Dünyada ən böyük dövlət büdcəsinə sahib olan ABŞ-də büdcə kəsiri rekord həddə yüksəlib.   Sfera.az xəbər verir ki, ABŞ-də federal büdcə kə...

Mövqelərimiz bu istiqamətdə ATƏŞƏ TUTULDU - MN-dən TƏCİLİ MƏLUMAT

İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordu...

Naxçıvanda maşın vuran kişi xəstəxanada ÖLDÜ

Naxçıvan şəhərində maşın vuran kişi xəstəxanada ölüb.   Sfera.az report-a istinadən xəbər verir ki, altı gün öncə gecə saatlarında Naxçıvan şəhə...

Bu gün 5 rayonda qaz KƏSİLƏCƏK - RƏSMİ

Qaz təchizatı sistemində görüləcək təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən Bakının Xəzər, Sabunçu, Binəqədi, Nəsimi və Yasamal rayonlarının bir...

ŞƏT-in Astana sammitində müzakirə olunacaq məsələlər AÇIQLANDI

3-4 iyul tarixlərində Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçiriləcək sammitində qurumun regional və beynəlxalq səviyyəli aktual problemlərin həllindəki rol...

G7 ölkələri bu tarixlərdə TOPLANIR: Hansı məsələləri müzakirə edəcəklər?

G7 ölkələrinin liderləri bir araya gəliblər.   Sfera.az bildirir ki, G7 Sammiti İtaliyanın ev sahibliyi ilə başlayıb. Liderlər iki gün İtaliyanın cən...