Təyyarə pis hava şəraitinə görə qəzaya uğradı - Bütün sərnişinlər və ekipaj üzvləri həlak olub

Təyyarə pis hava şəraitinə görə qəzaya uğradı - Bütün sərnişinlər və ekipaj üzvləri həlak olub

Braziliyada sentyabrın 16-da ikimühərrikli EMB-110 təyyarəsi pis hava şəraiti zamanı qəzaya uğrayıb.

 

Sfera.az bildirir ki, təyyarə qəzası nəticəsində 14 nəfər həlak olub.

 

Rəsmilər təyyarənin balıqçılıq həvəskarı olan bir iş adamı tərəfindən icarəyə götürüldüyünü bildiriblər. Sərnişinlər isə onun ölkənin başqa yerlərindən gələn dostları olub.

 

Kiçik təyyarə Amazonas əyalətinin paytaxtı Manaus ilə ucqar cəngəllik şəhəri Barselos arasında 400 kilometrlik uçuşunun sonuna yaxınlaşarkən qəzaya uğrayıb.

 

Qəza nəticəsində təyyarədə olan hər kəs - 12 sərnişin və iki ekipaj üzvü həlak olub. Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

 

Amazonas ştatının təhlükəsizlik naziri Vinisius Almeyda bildirib ki, ilkin məlumata görə, təyyarə uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb. Bu zaman leysan yağış yağıb və görmə qabiliyyəti zəifləyib.

 

EMB-110 ikimühərrikli turbovintli təyyarə Braziliyanın təyyarə istehsalçısı Embraer tərəfindən istehsal edilib.

 

Amazonas qubernatoru Uilson Lima qəzadan sonra deyib: "Komandalarımız qəzadan sonra lazımi dəstəyi vermək üçün hadisə yerindədir. Qurbanların ailələrinə və dostlarına dərin hüznlə başsağlığı verirəm, dərdlərinə şərikəm".

 

Rəsmilər qurbanların cəsədlərinin şəxsiyyətinin müəyyən edilməsi üçün Manausa aparılacağını bildiriblər.

 

Qeyd edək ki, Barcelos bir neçə milli parkın yaxınlığında yerləşdiyi üçün məşhur turizm məkanıdır.

 

Sentyabr Amazonasda pik balıq ovu mövsümünün başlanğıcı hesab olunur. Ştat xüsusilə tovuz quşu kimi tanınan tucunare və müxtəlif bəzək balıqları ilə məşhurdur.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU

Sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhə...

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi b...

Tramp 700 illik həbs cəzası ala bilər

ABŞ məhkəməsi ölkənin keçmiş prezidenti Donald Trampı dələduzluqda təqsirləndirib.   Sfera.az bildirir ki, bu barədə "Reuters" məlumat yayı...

Bakının bu qəsəbəsində su olmayacaq - XƏBƏRDARLIQ

Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün Bakının Suraxanı qəsəbəsinin bir hissəsinə (İ.Şükürov, H.Bayramov, Z.Əliyev, E.Həsənov, M.Must...

Bakıda marşrut avtobusu qəza törətdi - VİDEO

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində Ziya Bünyadov prospekində qeydə alınıb. ...

11 şəhidimizin şəxsiyyəti müəyyənləşməyib

Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 19-20-da həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində şəhid olan 11 nəfərin şəxsiyyəti Məh...