Zelenski ABŞ Konqresində çıxış edəcək

Dünya
22:35 / 17.09.2023
10854
Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 21-də ABŞ Konqresində senatorlar qarşısında çıxış edəcək.
Sfera.az xəbər verir ki, bu barədə CNN Konqres aparatının nümayəndəsinə istinadən məlumat yayıb .
Qeyd olunur ki, onun ötən ilin dekabrında olduğu kimi hər iki palatanın birgə iclasında çıxışı planlaşdırılmır.
Bundan əvvəl məlum olub ki, BMT Baş Assambleyasında Zelenskinin əvəzinə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çıxış edə bilər .
O da qeyd olunub ki , ABŞ prezidenti Co Baydenin iştirakı hələlik təsdiqlənməyib . Üstəlik, bu səviyyəli iclaslarda adətən xarici siyasət idarələrinin rəhbərləri iştirak edirlər.