Spa vasitəsilə kütləvi şəkildə ölümcül xəstəlik yayıldı
Şimali Kaliforniyadakı bir kurort legioner xəstəliyinin ölümcül yayılmasının mənbəyi ola bilər. Həftə sonu yerli səhiyyə orqanı ikisi ölümcül olmaqla üç yoluxma faktının olduğunu bildirib.
Qurbanlar hamısı bu yaxınlarda Richmondda “Zen Day Spa” adlı yerə gediblər. İndi qurum bağlanıb və səlahiyyətlilər araşdırmaya başlayıb.
Sfera.az bildirir ki, Legioner xəstəliyi şirin su mühitində hər yerdə olan Legionella bakteriyasının yaratdığı pnevmoniya növüdür. Ancaq infeksiya üçün müəyyən şərtlər lazımdır. Bəzən bakteriyalar kondisioner sistemlərinə və ya digər süni su sistemlərinə, məsələn, isti vannalara daxil olur.
Onlar da kütləvi şəkildə havada yayılır, aerozol halına gəlirlər. Bəzən tərkibində bakteriya olan su içməklə də xəstələnmək mümkündür.
Təcili yardım şöbəsinə qəbul zamanı ağır legionellyoz halının döş qəfəsinin rentgenoqrafiyası:
Qeyd edək ki, Kaliforniyadakı hər iki ölüm faktında ümumi olan şey, qurbanların “Zen Day Spa”ya getdikdən bir neçə gün sonra xəstələnməsi olub. Daha bir qurbanın sözügedən salonda cakuzidən istifadə etdiyi, lakin sonradan vəziyyətinin yaxşılaşdığı bildirilir.
Yerli səhiyyə idarəsinin əməkdaşları yoxlamalar aparıb və müəyyən ediblər ki, təşkilatda hovuz və ya kurortun olmasını nəzərdə tutan heç bir sənəd yoxdur. Analiz üçün su nümunələri götürülüb.
Legionella bakteriyası ilə təmasda olan insanların çoxu Legioner xəstəliyinə tutulmayacaq, baxmayaraq ki, bəziləri Pontiac Fever adlı yüngül forma ala bilər. Ancaq inkişaf etdikcə bakteriya ölümcül olur. Antibiotiklərlə müalicə olsa da, yenə də statistikaya görə, yoluxan hər on nəfərdən biri ölə bilər. İmmuniteti zəif olan, 50 yaşdan yuxarı və ya siqaret çəkən insanlar risk altındadır.
Aysel
Sfera.az