Leonardo Di Kaprio uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı - FOTO

Leonardo Di Kaprio uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı - FOTO

Amerikalı aktyor Leonardo Di Kaprio uzun müddət sonra ilk dəfə rəsmi olaraq ictimaiyyət qarşısına çıxıb. O, 2023 Kann Film Festivalında iştirak edib.
 

Sfera.az bildirir ki, Di Kaprio Robert De Niro ilə birlikdə Martin Skorsezenin filminin premyerasına qatılıb.
 

“Titanik” filminin ulduzu Martin Skorsezenin yeni “Ayçiçəyi qatilləri” filminin nümayişinin qonağı olub. Di Kaprio rejissorun özünün və bu yaxınlarda yeddinci dəfə ata olan həmkarı Robert De Nironun yanında fotoqraflara poza verib.
 

Fransız Rivierasında keçirilən tədbir üçün Oskar mükafatlı aktyor klassik qara smokin, ağ köynək və papyona üstünlük verib.


David Grannin bestseller əsəri əsasında çəkilmiş “Scorsese”nin yeni filmi 1920-ci illərin Oklahoma ştatında cərəyan edir və bir sıra amansız cinayətləri təsvir edir.
 

Qeyd edək ki, Martin Skorsezenin qırmızı xalçada müşayiəti müəyyən səbəbdən seçilib: Di Kaprio “Şutter Island” və “The Wolf of Wall Street” filmlərində, Robert De Niro isə “Taxi Driver” (rejissorun məşhur filmləri) filmlərində rol alıb. Aktyorlar 80 yaşlı Skorsezenin yeni filmində çəkiliblər.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...