Qadın evində fotoşəkillər olan divarla hörülü gizli otaq tapdı

Qadın evində fotoşəkillər olan divarla hörülü gizli otaq tapdı

Adının çəkilməsini istəməyən qadın məşhur Reddit forumunda təmir işləri apararkən zirzəmisində gizli otağı necə kəşf etdiyini təsvir edib. Zirzəmiyə gizli girişi olan və köhnə panellərin arxasında gizlədilən otağın içindəkilər qadını çox qorxudub.
 

Sfera.az bildirir ki, 1893-cü ildə tikilən evdə qadın otağı təmir zamanı kəşf edib. O bu barədə əvvəlcədən heç nə bilmədiyini deyib.
 

Qız divarlardan köhnə astarları götürməyə başlayanda təsadüfən gizli otağın girişini tapıb.
 

"Mən zirzəmidə gizli otaq və onun içərisində dəhşətli əşyalar tapdım. Otağa yeganə giriş divardakı kiçik kvadratdan idi. O, uzun illər əvvəl örtüklə və divarla örtülüb"-deyə qadın yazıb.


Qız 1893-cü ildə tikilən evi radioya düşkün bir adamdan aldığını bildirib.
 

"Zirzəmidə radio otağı var idi. Əvvəlki sahibinin çox əla radioları var idi və ölkənin hər yerindən insanlarla danışırdı. Bizim həyətdə nəhəng radio qülləmiz də var".
 

Otaqda axtarış apararkən qadın radio avadanlığı, köhnə Schick Colonel elektrik ülgücü, “Ridgid” posteri və ürpədici film neqativləri tapıb.

 

"Bunlar alt paltarında olan qadınların ombasının ürpədici fotolarıdır. Onlar tavanda gizlədilib. Çox qorxulu fotolar idi. Atdıq. Bu il yuxarını da təmir edəcəyik, nə tapacağımız məlum deyil"- deyə o əlavə edib.
 

Qız hesab edir ki, fotolar qadınların icazəsi olmadan, bəziləri isə hasardan kənarda çəkilib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...